Icma.az
close
up
RU
Kişi saqqalı it tükündən daha mikrobludur

Kişi saqqalı it tükündən daha mikrobludur

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Saqqal kişiliyin, üslubun və fərdiliyin simvoludur. Lakin onun səliqəli görünüşünün arxasında xoşagəlməz və hətta təhlükəli sürprizlər gizlənə bilər. 

Saqqal saxlamaq sağlamlıq üçün hansı riskləri daşıyır?

Ölkə.az lent.az-a istinadən saqqalın təhlükələrini təqdim edir:

Lester Universitetindən klinik mikrobiologiya üzrə ekspert doktor Primrouz Fristoun xəbərdarlıq edib ki, saqqallı kişilər it tüklərinə nisbətən daha çox mikrob daşıya bilərlər. Saqqallar mikroorqanizmlərin, xüsusən də bakteriyaların inkişafı üçün unikal mühit yaradır. Ən ekstremal hallarda isə bəzi saqqallı kişilərdə tualetdə tapılandan daha çox mikrob ola bilər.

"O, isti, tez-tez nəmli bir mühit yaradır. Burada qida qalıqları və yağlar yığılır. Mikrobların inkişafı üçün ideal şərait yaranır. Mikroblar yalnız saqqalın təmin etdiyi isti və nəm şəraitə görə deyil, həmçinin əllərin tez-tez üzü və müxtəlif səthləri toxunması nəticəsində yeni çirkləndiricilər və mikroblarla davamlı təmasda olduğu üçün də inkişaf edir", - deyə o bildirib.

Araşdırma detalları

Tədqiqatlar göstərir ki, üz tükləri yuyulandan sonra belə bakteriya və toksinləri saxlaya bilər.
2018-ci ildə dərc olunan bir araşdırmada itləri və insanları eyni MRT aparatında yoxlamağın gigiyenik olub-olmaması araşdırılıb. Analiz göstərib ki, saqqalların əksəriyyətində it tüklərinə nisbətən xeyli çox mikrob, o cümlədən zərərli bakteriyalar olub.

"18 kişidə yüksək mikrob səviyyəsi müşahidə olunub. Halbuki 30 itdən yalnız 23-də yüksək, 7-də isə orta səviyyədə mikrob aşkarlanıb", - deyə məlumatda bildirilir.

Saqqal həmçinin dəridə infeksiyaların yayılmasına səbəb ola bilər. Məsələn, üz nahiyəsində rast gəlinən, adətən qızılı stafilokok bakteriyası tərəfindən törədilən yoluxucu səpgilər, impetiqo xəstəliyi yarana bilər.
Nadir hallarda isə normalda qasıq nahiyəsində yaşayan qasıq bitləri kimi parazitlər saqqalda da peyda ola bilər.

Saqqala qulluq

Saqqal altındakı dəri qan damarları, sinir ucları və immun hüceyrələri ilə zəngindir. Buna görə də mikrob və ekoloji stress amillərinə qarşı çox həssasdır.

Dərinin yağ ifrazı, ölü dəri hüceyrələri, qida qalıqları və çirkləndiricilər yığılanda dərini qıcıqlandıra və göbələk, bakteriya inkişafına şərait yarada bilər.

Mütəxəssislər kişilərə hər gün üz və saqqallarını yumağı tövsiyə edirlər ki, kir, yağ, allergenlər və ölü dəri hüceyrələri təmizlənsin. Digər məsləhətlərə dərinin qurumasının qarşısını almaq üçün nəmləndiricilərdən istifadə etmək, saqqal darağı ilə çirkləri təmizləmək və saçların tökülməsinə nəzarət üçün saqqalı qırxdırmaq daxildir.Gündəlik gigiyena və düzgün qulluq sayəsində saqqal ciddi risk daşımır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyun 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri