Icma.az
close
up
RU
Kişi sevgilisinin bədəninə adını 250 dəfə döymə etdirdi VİDEO

Kişi sevgilisinin bədəninə adını 250 dəfə döymə etdirdi VİDEO

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

52 yaşlı niderlandlı qadın illərlə psixoloji zorakılığa məruz qalıb, bədəninə 250 dəfə keçmiş partnyorunun adı döyülüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Niderlandda Cok adlı 52 yaşlı qadının hekayəsi uzunmüddətli psixoloji zorakılığın insan həyatına və sağlamlığına necə ağır təsir göstərə biləcəyini göstərən ən sarsıdıcı nümunələrdən biri kimi gündəmə gəlib.

Qadın illər boyu keçmiş partnyorunun nəzarəti altında yaşayıb. O, sistemli şəkildə təhqirə və psixoloji təzyiqə məruz qalıb. Kişi öz təsirini gücləndirmək üçün qadını bədəninə məcburi şəkildə döymələr etdirməyə vadar edib. Nəticədə qadının bədənində keçmiş partnyorunun adı və simvolları ilə bağlı təxminən 250 döymə yaranıb. Bu döymələr kişinin AliExpress-dən sifariş etdiyi ucuz döymə aparatı ilə özü tərəfindən vurulub.

Hadisənin ən şok edici tərəflərindən biri nəzarətin miqyası olub. Döymələr qadının bədəninin böyük hissəsini əhatə edərək faktiki olaraq psixoloji təzyiq alətinə çevrilib. Zərərçəkmiş sonradan bildirib ki, o, uzun müddət davam edən asılılıq və qorxu vəziyyətində olub və buna görə müqavimət göstərmək imkanını itirib. Onun bədəni illərlə davam edən zorakılığın “vizual gündəliyi”nə çevrilib.

Qadına yardım isə döymə silinməsi üzrə mütəxəssis və “Spijt van Tattoo” təşəbbüsünün təsisçisi Endi Xan tərəfindən göstərilib. O, Rotterdam şəhərində yerləşən “Tattoo no More” mərkəzində qadınla ilk görüşünü belə xatırlayır: keçmiş partnyorun adı demək olar ki, hər yerdə idi və baxmağa belə yer tapmaq çətin idi.

Mütəxəssisin sözlərinə görə, bu cür hallarda döymələrin lazerlə silinməsi uzunmüddətli və baha başa gələn prosesdir. O qeyd edib ki, bir döymənin silinməsi onun vurulmasından təxminən 10 dəfə daha bahadır. Belə ki, döymənin vurulması orta hesabla 200 avroya başa gəldiyi halda, silinməsi təxminən 2000 avroya qədər yüksələ bilər.

Bu səbəbdən təşkilat oxşar vəziyyətdə olan qadınlara yardım etmək üçün ianə kampaniyasına başlayıb. Layihə təşəbbüskarlarının sözlərinə görə, artıq 350-dən çox insan məcburi və ya travmatik döymələr səbəbindən gözləmə siyahısına daxil edilib.

Mütəxəssislər bu problemi Niderlandda uzun müddət diqqətdən kənarda qalan gizli sosial problem kimi qiymətləndirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Aprel 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri