Icma.az
close
up
RU
Kişilər buna görə boşanmaq istəmir Onların ən böyük qorxusu üzə çıxdı

Kişilər buna görə boşanmaq istəmir Onların ən böyük qorxusu üzə çıxdı

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Son dövrlər münasibətlərdə maraqlı bir tendensiya müşahidə olunur: qadın ayrılmaq istədiyi halda, kişi bunu qəbul etməyə tələsmir. Aralarında emosional bağ zəifləsə də, kişi ailənin dağılmasına qarşı çıxır. Qadın isə illərlə dəyişməyən vəziyyətdən yorularaq çıxış yolu axtarır. Bu fərqli yanaşmaların kökündə sosial rollar, psixoloji ehtiyaclar və cəmiyyətin gözləntiləri dayanır.

Bəs insanlar tükənmiş münasibətləri qorumağa məcburdurmu? Psixiatr Azər Bağırov bu barədə Yenisabah.az-a danışıb. O, bildirib ki, belə hallara cütlük terapiyalarında çox rast gəlinir:

“Qadının boşanmaq istədiyi vəziyyətlərdə kişilərdə bu əksinə olur. Halbuki arada isti münasibət yoxdur, buna baxmayaraq kişi boşanmaq istəmir. Qadın isə qarşı tərəfin düzəlməyəcəyini hiss edir çarəsizlikdən boşanmağa üz tutur. Burada fərqli faktorlar var. Kişilər üçün qadınlara qoyulan qədər məsuliyyət yoxdur. Tutaq ki, kişi ailədə bir çətinlik yaşadığında ailədə içəridən uzaqlaşa bilir. Qadın isə o mövzuda bir az daha təhlükə hiss edir. Digər tərəfdən qınağa məruz qalmaq məsələsi də var. Kişilər həm də ona görə narahat olur ki, əgər boşansalar və qadın başqa biri ilə ailə qursa, onun uşaqlarına yad adam atalıq edə bilər”.

Ekspert onu da qeyd edib ki, qadınlar evlilikdə sıx münasibət istəyirlər:

“Kişilər təbiətlərindən gələn çətinliklərə görə ünsiyyətə çox meylli deyillər. Ona görə qadınlar daha çox şikayətçi olurlar ki, evliliyimizdə bir şeylər yolunda getmir, bir-birimizlə birlikdə vaxt keçirə bilmirik, məişət qayğılarından başqa ünsiyyətimiz yoxdur. Yaxud da qadın əksər vaxtını evdə tək keçirdiyi üçün bunun da narahatlığı meydana gəlir. Belə qadınlar istəyir ki, işdən, evdən əlavə məşğuliyyətlər də olsun. Ancaq kişi işi, yorğunluğu bəhanə gətirir və qadının təkliflərindən boyun qaçırır. Digər tərəfdən, kişilər istədiyi vaxt dostları ilə çıxıb gəzə bilir. Lakin qadınlar harasa çıxmadan əvvəl ərindən icazə almalıdır. Cəmiyyətdə qadınların əleyhinə bu cür bir vəziyyət var. Son dövrlərdə isə qadınlar daha çox sosial şəbəkələrin təsirində qalaraq, başqa evliliklərin sanki daha çox romantik olduğunu və boşansalar onların da belə xoşbəxtlik tapacağını düşünürlər. İqtisadi və sosial çətinliklər, ailənin qazanc səviyyəsinin qadının istədiyi kimi olmaması da boşanmağa gətirib çıxarır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Aprel 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri