Icma.az
close
up
RU
Kişilər qadınlardan niyə daha tez ölür? Açıqlama

Kişilər qadınlardan niyə daha tez ölür? Açıqlama

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Araşdırmalara görə, kişilər qadınlardan daha tez ölür. Həmçinin Azərbaycanda da statistik cəhətdən məlum olub ki, kişilərin ölüm halları qadınlara nisbətən daha çoxdur. Son statistik məlumatlara görə, keçən il ümumilikdə 32436 kişi, 26473 qadın ölüb. Bu ölüm hallarının şəhərlərə düşən payı kişilərdə 18577, qadınlarda isə 14562-dir. Kəndlərdə isə ölüm hallarından 13859-u kişilərə, 11911-i qadınlara aiddir. Maraqlıdır, nə üçün kişilərin ölüm sayı daha çoxdur?

Bu barədə News24.az-a açıqlama verən kardioloq Aynur Məmmədova qeyd edib ki, kişilərdə ürək-damar sistemi xəstəliklərinin yayılma tezliyi daha yüksəkdir və buna görə də ölüm halları qadınlarla müqayisədə daha çox qeydə alınır. 

Onun sözlərinə görə, ürək-damar xəstəliklərinin ölüm səbəbləri müqayisə edildikdə aydın olur ki, qadınlar təbii qocalma dövrünə - 55–60 yaşa qədər müəyyən dərəcədə qoruyucu mexanizmlərə malikdirlər: "Bu mərhələyə qədər qadın orqanizmində xolesterinin damar divarlarında yığılması prosesinə qarşı estrogen hormonlarının qoruyucu təsiri mövcuddur. Məhz bu hormonal təsir ürək-damar patologiyalarının qadınlarda daha gec yaşlarda yaranmasına səbəb olur və onların uzunömürlülüyünü şərtləndirir.

Kişilərdə isə siqaret istifadəsinin geniş yayılması damar divarlarının daha tez zədələnməsinə və zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən təbii qocalma dövrünə qədər kişilərdə ürək-damar xəstəlikləri və ölüm halları qadınlarla müqayisədə daha çox müşahidə olunur. Lakin təbii qocalma mərhələsindən sonra hər iki cinsdə ürək-damar patologiyalarının rastgəlmə tezliyi demək olarki eyniləşir".

Həkim bildirib ki, psixofizioloji xüsusiyyətlər də ölüm statistikasına təsir göstərir: "Kişilər ağrılara qarşı daha həssas olur, qadınlarda isə ev, ailə və uşaq qayğıları nəticəsində formalaşan dözümlülük ağrıya adaptasiya qabiliyyətini artırır. Bu faktor da kişilərdə daha yüksək ölüm göstəricilərinin qeydə alınmasına səbəb olan amillərdən biri hesab olunur".

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Sentyabr 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri