Icma.az
close
up
RU
Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Erektil disfunksiya müasir dövrümüzdə kişilərin ən böyük problemlərindən birinə çevrilib. Bəzi hallarda gənclərin də bundan əziyyət çəkməsi ciddi narahatlıq yaradır. Bu məsələ bir sıra hallarda gənc ailələrin dağılmasına da təsir edir.

Erektil disfunksiya əksər hallarda cinsi fəaliyyətin tam itirilməsilə müşayiət olunmur. Lakin kişinin həyat keyfiyyətinə, əhval-ruhiyyəsinə çox ciddi təsir göstərir. Digər xəstəliklərdən fərqli olaraq erektil disfunksiya daim  kişiyə utanc, sıxıntı və psixoloji sarsıntı gətirir. Əsasən orta yaş və daha yaşlı kişilərdə yaranır, lakin daha erkən yaşlarda da ona rast gəlinir. Statistika onu göstərir ki, 20 – 40 yaş arasında olan kişilərin hər 10 nəfərdən birində ( 10% ), 40 – 70 yaş arasında kişilərin isə hər ikisindən biri (50 %) cinsi zəiflikdən əziyyət çəkir.
Amma bu statistika tam gerçəkliyi əsk etdirmir. Məsələ burasındadır ki, bu problem yaşayan kişilərin əksəriyyəri həkimə müraciət etməkdən çəkinir. 

Bəzi iddialara görə, hava faktoru da cinsi zəifliyə təsir edə bilər. Məslən soyuqlar düşəndə cinsi zəiflik halalrı artır.

Erektil disfunksiyanın əsas səbəbləri, çıxış yolları kimi məsələlər ətrafında seksoterapevt Təhmasib Cavadzadə ilə həmsöhbət olduq.

O, Modern.az-a açıqlamasında bildirib ki, gənc ailələr daxilində olan cinsi zəifliyi yalnız bir şeylə əlaqələndirmək düzgün deyil:

“Bir neçə nüansa diqqət çəkmək istərdim. Əvvəla insan özünü tanımalı, cinsi potensialına bələd olmalıdır. Gənc ailələrin bir hissəsi tanışılıq, valideynlərin vasitəçiliyi əsasında qurulur.  Bu zaman bir-birilərini nə normal görür, nə də tanış olurlar. Evləndikdən sonra bir evdə yaşayanda onu da başa düşürlər ki, cinsi həyatları da bir-birinə uyğun deyil. Bir müddət keçir, cinsi həyatları uyğun olmadığından xarakterlərinin də uyğun olmadığını görür və boşanırlar. Buna görə də ölkəmizdə boşanmlar artır.  
Məsləhət əsasında evlənmək olar, amma tərəflərin tanış olmaması, bir-birlərini görməməsi, vaxt keçirməməsi problemlər yaradır. Bir-biriləri ilə vaxt keçirəndə şərt deyil ki, onlar mütləq cinsi əlaqə yaratmalıdırlar. Gənclər vaxt keçirdikdə bir-birilərinə olan əlaqələri, uyğunluqları hiss edirlər. Burada ikinci bir nüans da qeyd edilməlidir. Bəzən şəxsin evlilikdən əvvəl sevgilisi olur və ailə qurduqdan sonra da ondan ayrıla bilmir. Ailə quran gənc pasientlərim arasında bu halları çox müşahidə edirəm. O, sevgilidən ayrıla bilməyəndə, bu onun ailəsinə təsir edir və yuva dağılır. Ailə tez dağılmasa da, uzağı 1-2 ilə artıq dağıla bilər. Çünki oğlanın başqa sevdiyi var. Üçüncü faktor isə insanların yaşının artması və bununla əlaqədar məcburi evləndirilmələrlə bağldır. Bu şəxslərin bəziləri ya ümumiyyətlə cinsi həyatdan soyumuş adamdır, ya da fərqli insanlarla olub deyə, bir nəfərə öyrəşə bilmir və bundan sonra cinsi həyatı zəifləyir.

Havaların birdən-birə dəyişməsi, soyuması və ya istiləşməsi insanın seks həyatına nisbi təsir edə bilər. Bəzi insanlar buludlu havadan, Günəşli olmayan havadan xoşlanmır. Bu zaman həmin şəxs əhval düşkünlüyü yaşaya bilər. Hər əhval düşkünlüyünə depressiya demək düzgün deyil. Bəzi insanlar Günəş olmayanda özünü yaxşı hiss etmir. Belə olanda, təbii ki, onun seks ehtiyacı da olmayacaq. Havaların soyuması və ya istiləşməsi cinsi zəifliyə gətirib çıxarmır”.

T.Cavadzadə vurğulayıb ki, cinsi zəifliyin əsas səbəbi psixoloji məsələlərdən qaynaqlanır:

“Biz məsələyə hormonlar əsasında yanaşsaq, ümumiyyətlə, dünyada kişilərdə testestron hormonlar yüngülcə zəifləyib. Yəni hava insanın xoşuna gəlmirsə, bu o demək deyil ki, onun hormonları da aşağı düşür. İnsanın iştahı olmaya və bu səbəbdən yemək yeməyə bilər. Lakin bədən yemək tələb edir, sadəcə insan iştahı olmadığından yemək yemir. Həmçinin bədən də seks tələb edir, amma insan özü bunu istəmir. Cinsi aktivlik üçün insanın fiziki aktivliyi şərtdir. Bir insanın fiziki aktivliyi yoxdursa, həyatı passiv keçirsə, cinsi həyatı da passiv və performansı zəif olacaq. Cinsi aktivlik kardio idman növünə bənzər bir şeydir. Yəni insan nə qədər aktiv olsa, onun cinsi həyatı da bir o qədər aktiv olacaq. İnsan nə qədər boş otursa, heç nə etməsə, aclığı da gec hiss edəcək. İnsan nə qədər fiziki hərəkətdə olsa, o qədər tez acacaq.
Cinsi zəifliyin artması həm də kişilərin qidalanmasından və bəzi şeyləri özlərinə yükləməsindən asılıdır.  Məsələnin psixoloji aspektləri var. Şəxs düşünür ki o zəifdir, onun cinsi potensialı kifayət qədər yaxşı deyil. Bu faktorlar insanın cinsi cəhətdən zəif olmasa, özünü belə zəif hiss etməsinə səbəb olur. Fizioloji cəhətdən cinsi zəiflik göstəriciləri çox aşağıdır. Yəni testestron aşağı düşsə də, kişilərdə cinsi performans zəif olmaldır deyə bir şey yoxdur. Testestron norma çərçivəsində aşağı düşür. Misal üçün, qandakı şəkər norma çərçivəsindən yuxarı və aşağı olur. Eyni zamanda testestron da norma çərçivəsindən 1-2 və ya 3-4 dərəcə aşağı ola bilər. Amma bu o demək deyil ki, normadan çox aşağı düşüb. Çox zaman cinsi zəiflik psixoloji olur. İnsan özünə yükləyir ki, mən zəifəm, bacarıqsızam, yaxşı deyiləm, tanışlıq qabiliyyətim yoxdur, qarşı tərəfi razı sala bilmərəm. İnsan tanışlıq bacarığının olmadığını düşünsə, təbii ki, seks bacarığının da olmadığını fikirləşəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri