Icma.az
close
up
RU
Kişilərə olar, qadınlara yox Azərbaycanda mübahisəli qanun

Kişilərə olar, qadınlara yox Azərbaycanda mübahisəli qanun

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvanda 75 yaşlı qadının amansız şəkildə qətlə yetirilməsi ilə bağlı verilən hökm hələ də müzakirə edilir. Belə ki, məhkəmənin Firuzə İsmayılovaya 15 il, Aypara Əsgərovaya isə 14 il 6 ay həbs cəzası verməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi törədilən cinayətin ağırlığını əsas gətirərək təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verilməsini tələb edib.
Azərbaycanda qadınlara ömürlük həbs cəzası verilirmi?
Bizim.Media
xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan hüquqşünas Əlövsət Allahverdiyevin sözlərinə görə, qanunvericiliyə görə, qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası verilmir:
 

“Cinayət Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmayan şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir. Bu o demək deyil ki, qadın ağır cinayət törədərsə, cəzasız qalır. Sadəcə ömürlük həbs əvəzinə çox uzunmüddətli, məsələn, 15, 20 və ya 25 il həbs cəzası tətbiq olunur. Ağırlaşdırıcı hallardan asılı olaraq məhkəmə maksimum müddətli cəza təyin edə bilər”.


Hüquqşünas bildirib ki, bu yanaşmanın əsaslandırılması daha çox “humanizm prinsipi” ilə izah olunur:
“Sovet hüquq sistemindən gələn ənənədə qadınlar, yetkinlik yaşına çatmayanlar və yaşlı şəxslər üçün müəyyən yumşaldıcı yanaşmalar saxlanılıb. Qadınlara ömürlük həbs cəzasının tətbiq olunmamasının ağır cinayətlərin artımına təsiri hüquqi və kriminoloji baxımdan müzakirə olunan məsələlərdən biridir. Praktikada ağır cinayət törədən insanların böyük hissəsi cinayət anında cəzanın neçə il olacağını rasional şəkildə hesablamır. Araşdırmalarda da təkcə cəzanın sərtləşdirilməsinin cinayətləri avtomatik azaltmadığı göstərilir. Əsas amillər cinayətin açılması ehtimalı, sosial mühit, psixoloji vəziyyət və hüquq-mühafizə sisteminin effektivliyidir”.
Qeyd edək ki, ABŞ, Rusiya, Türkiyə, Almaniya, Fransa və İran kimi bir çox ölkədə qadınlara da ömürlük həbs cəzası verilir, Azərbaycanda isə bu cəza qadınlara şamil olunmur və mübahisəli məsələ olaraq qalır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 May 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri