Icma.az
close
up
RU
Kişiləri ilk görüşdə valeh edən 10 ƏTİR

Kişiləri ilk görüşdə valeh edən 10 ƏTİR

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Ətir seçimi sadəcə qoxu deyil. Bu, əhval-ruhiyyə, ilk təəssürat və ətrafınızda yaratdığınız sehrdir. Xüsusilə də görüş zamanı. Doğru seçilmiş bir ətir sözlərdən daha çox danışa bilər.

Lent.az romantik görüşlər üçün ən yaxşı hesab edilən 10 qadın ətirini təqdim edir:

1. Yves Saint Laurent - Mon Paris

Sevginin ehtirasına təslim olmaqdan çəkinməyin. Yumşaq qucaqlaması ilə sizi əhatə edərək duyğularınızı eyforiya ilə dolduracaq. Yves Saint Laurent Mon Paris qadın üçün nəzərdə tutulmuş inanılmaz parfüm sularından biridir və dünyanın ən romantik şəhəri - Paris fonunda baş verən gözəl anın simvoludur.

Çiçəkli və meyvəli notlar sizə şən əhval bəxş edəcək.

2. Dior - Miss Dior

Miss Dior parfüm suyu yeni bir aromatla özünü təqdim edir. 1947-ci ildə yaranmış bu ətir, qadınları valeh etmək və onları yeni sevgiyə açmaq arzusu ilə yaradılmışdır. Müharibədən sonra Avropaya yeni xoşbəxtlik, poeziya və harmoniya gətirmişdir. Miss Dior bizi sevginin sehrinə çağırır.

3. Byredo - Gypsy Water

Gypsy Water kompozisiyası Byredo brendinin incilərindən biridir. 2008-ci ildə buraxılmış və zəngin çalarları ilə valeh edən bu ətir, rəngarəng çingənə mədəniyyətindən ilham alıb. Zərif və heyrətamiz bir aromatdır.

4. Maison Francis Kurkdjian - Baccarat Rouge 540

Qadınların sevimli ətridir. Baccarat Rouge 540 – həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulmuş, bənzərsiz şərq çiçəkli bir ətirdir. Yasəmin və zəfəranın havadar notları, təzə kəsilmiş sidr ağacının odunsu tonları ilə birləşir və çox dəqiq bir kompozisiya yaradır.

5. Tom Ford - Lost Cherry

Şirəli. Cazibədar. Hədsiz. Qara albalı və likörlə dolu bu ətir, badam və türk gülü ilə tamamlanır. Zəngin çiçəkli notlar hissləri coşdurur və heyranedicidir.

6. Armani - My Way Nectar

2024-cü ildə yaradılan bu qadın ətiri azad qadınlıq ideyasından ilham alıb. Ətir incə, yumşaq və təravətli xarakteri ilə seçilir. Flakon isə şəffaf və çəhrayı daş qapağı ilə diqqət çəkir.

7. Vilhelm Parfumerie - Mango Skin Eau De Parfum

2018-ci ildə təqdim edilən bu çiçəkli-meşə meyvəli ətir, Cənubi Afrikanın vəhşi təbiətinə, parlaq rənglərinə və macəra ruhuna qərq edir. Görüşlər üçün çox enerjili və cazibədar seçimdir.

8. Guerlain - Aqua Allegoria Pamplelune

Qreypfrutun canlı təravəti ilə dolu enerjili bir parfüm kokteylidir. Qara qarağat tumurcuqları və nerolinin acı-çiçəkli çalarları ilə zənginləşdirilmişdir. Paçuli və vanil notları ilə balanslaşdırılmış bazaya malikdir.

9. Erotika Minimale - New Notes

Bu ətir adının özünü doğruldur. Zərif cazibənin gücünü ifadə edən, afrodizyak təsirli bir kompozisiyadır. Koriander və darçın ədviyyat notları ilə başlayır, ardından gül, geranium, yasəmin və iris çiçək notları gəlir. Sonunda paçuli, ambra, vanil və müşk notları ilə zənginləşir.

10. Tiffany&Co - Intense

Çiçək dəstəsinin incə bir buketidir. Rəngli armud, mandarin və çəhrayı istiotun üst notları ilə başlayır, ürəyində isə gül, iris və yasəminin zərifliyi duyulur. Ambra, benzoik qatran, kaşmeran və şirin vanil şleyfi ilə tamamlanır.

Zarkoperfume - Pink Molecule 090.09

Bu niş parfüm ətir ənənələrinə meydan oxuyur. Tərkibindəki "çəhrayı molekul" notları ilə parlaq və çoxölçülü bir kompozisiya yaradır. Buzov çiçəyi, parıldayan şampan, şirəli ərik və sirli qara orkide harmonik bir bütövlük təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Aprel 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri