Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

“Kişilərin başında mikrofon sındırmışam” “Niqulya xanım” ilə MÜSAHİBƏ

“Kişilərin başında mikrofon sındırmışam” “Niqulya xanım” ilə MÜSAHİBƏ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lent.az-ın müsahibi hamının "Tamara", "Niqulya xanım" kimi tanıdığı məşhur müğənni Kəmalə Günəşlidir

- Kəmalə xanım, istəyirəm öncə sizi tamaşaçılarınıza yaxından tanıdaq.

- Məni çox adam rayonlu bilir. Çünki rayon toylarından həddən çox dəvət alıram. Şirvan, cənub zonası mənə baxır (gülür), bakılıyam. Yasamalda anadan olmuşam. Atam “Sovetski”də, anam Türkanda doğulub. 7 yaşım olanda Günəşliyə köçmüşük. 30 ildir orada yaşayıram. Ona görə Günəsli təxəllüsünü götürmüşəm. Səhnəyə ilk çıxanda sadəcə Kəmalə adı ilə çıxırdım. Amma düzünü deyim, lap belə pulunu verib efirlərə çıxsam da, tanınmırdım. Uşaqlıqdan oxuyuram. Anam toy müğənnisi idi, indi uzaqlaşıb.  Tam musiqi təhsilim olmasa da, təhsilsiz də deyiləm. Musiqi dərsləri almışam. “Tamara” mahnısı ilə ulduzum bir gecədə parladı. Bu gün oxudum, səhər oyananda gördüm məşhuram. Ondan sonra da heç kim adımı demədi, elə hamı Tamara deyir.

- Bir də Niqulya xanım deyirlər axı sizə.

- (Gülür). Hə, ölkədə yeganə müğənniyəm ki, prodüserim məni yox, mən prodüserimi məşhurlaşdırmışam, onun adı ilə tanınıram. Nigar xanımla bir neçə ildir birlikdəyik. Bu ideya məndən gəldi, dedim çəkək. Hər dəfə ona videoçarxda “Niqulya xanım” deyə müraciət edirəm. Çox bəyənildi, başladılar mənə Niqulya deməyə. Atam-anam qoyan ad qalıb kənarda, Tamara deyirlər, Niqulya deyirlər. Tamara məni haralara aparmadı. “O qara qıza zəng elə”, sonra “Çini çaydan” mahnılarım trend oldu. 

- “Tamara”nı özbəklərdən götürüb özəlləşdirmisiniz. Müəllif hüquqları davasına düşmədiniz? 

- Yox. “Tamara”nın melodiyasını eşitmişdim, özüm ona söz yazdım, Sabirabadda məclisdə oxudum. Məndə mahnıya bədahətən söz qoşmaq, xiridarlıq var. Bu qabiliyyət hər müğənnidə olmasa da, peşəkarlarda var. Hansısa mahnını “oxu” deyirlər, sözləri bilmirəm, bayatılar qoşub oxuyuram, “bilmirəm” demirəm. “Tamara”ya görə, etmədiyim toylara, ölkələrə, məclislərə getdim, pullar qazandı. Özbək mahnılarını məndən əvvəl də oxuyanlar olub. Həmişə onlar bizdən oxuyublar, indi biz onlardan.

- Xəbəriniz varsa, indi sosial şəbəkələrdə Həmail adlı bir xanım sizi parodiya edir, mahnılarınızla məclislərə gedir?

 - Xəbərim var, o müğənni deyil, blogerdir, dostumuzdur. Bir məclisə çağırmışdı, gedə bilmədim. O da mənim kimi geyinib, fonoqramımı qoyub mənim yerimə oxumağa başlayıb. İndi o da olub Kəmalə Günəşli (gülür).

- İzləyicilərinizə çox maraqlıdır, sizin sponsorunuz var?

Azərbaycanda yeganə müğənniyəm ki, öz hesabıma irəli getmişəm. Nə “həcim” var, nə sponsorum. Hansısa həci mənə maşın almayıb, yaxın günlərdə doğum günüm oldu, özümə bir ev, bir də avtomobil hədiyyə etdim.

- Ailəlisiniz? 

- Bəli. Həyat yoldaşım da musiqiçidir. İkinci dəfə ailə qurmuşam. Gözəl ailəm var. Məni anlayır.

- Toylara gedir sizinlə?

- Çox zaman hər yerə Niqulya ilə gedirəm.

- Övladlarınız var?

 - Bəli var. Əsgər anasıyam. Bir də qızım var.

- Toya neçəyə gedirsiz? Hamı üçün əlçatansınız bu mənada?

- Kasıb-kusubu nəzərə alan müğənniyəm. Toy qiyməti demirəm. Dağına baxıb qar yağdırıram. Ürəyi məni istəyir, dediyim qonorara gücü yetmirsə, deyirəm bu qədər məbləğə 15 dəqiqəlik gəlib oxuya bilərəm. İstəmirəm qəlbi qırılsın.

 - Yarım saatlıq toy oxumaq daha çox sərf edir müğənnilərə. Bir gündə ən çox neçə toya getmisiniz?

- Bakıda olub ki, bir günə ayrı-ayrı 7 məclisə getmişəm. Hamısını da razı salmışam.

- Bəs aldığınız qonorardan əlavə əlinizə verilən o şabaşlar nə qədər olur təxminən? 

- Elə olub ki, 2-3 min manat olub. Məsələn dünənki məclisdə əlimdə 1500 manat var idi.

- Rayon toylarının da gündə ikisinə gedə bilirsiniz?

- Rayonda günorta başlayan “palatka” toyundan çıxıb axşam saat 6-da başqa bir rayonda başlayan toya gedib çatmışam. Düzünü desəm son zamanlar yarım saatlıq məclislərim çoxalıb deyə daha “palatka” toyları götürmürəm.

- Bəyənmirsiniz daha “palatka” toylarını?

- “Palatka” toyu yorucudur, ağırdır, nəfəs istəyir, baqaj istəyir, savad istəyir. Sona qədər canlı oxumalısan. Fonoqramı o vaxt oxuyarsan ki, yanında ansamblın yoxdur və ya sifariş edilən musiqini canlı oxusan əvvəlki effekti verməyəcək. Tutaq ki, “Buleyli” mahnısını niyə fonoqram oxuyum? Bu gün mənə tələbat çoxdur. Heç kimdən zəif deyiləm. “Nömrə birəm” deməzdim, amma sevilən müğənniyəm, yetərincə kütləm var, maşından düşəndə hamı üstümə qaçır şəkil çəkdirməyə.

- “Çini çaydan” mahnısında “yarım yar olsa günü neylər mənə?” cümləsi var. Toy günü kişinin ikinci arvad alacağına dair subminal mesajdı bu?

- Mən bildim ki, bu sözlər qalmaqal yaradacaq. Qalmaqalla sevildi. Ən çox kişilər sevdi. Xanımlar qısqanclıqla qarşıladı, amma kişilərə ləzzət elədi. Yarı belə, yarı elə axır ki, sevilməyi bacardım.

- Ən bahalı mahnıya nə qədər pul vermisiniz?

- 2-3 min, eləsi olub 7 minə başa gəlib.

- Yox. Oxuyurlar. “O qara qıza zəng elə”ni ilk dəfə Habil Əzimov oxuyub, amma mənim ifamda sevildi. Bu ona pis təsir etsə də, acı həqiqət budur, onda sevmədilər. “Çini çaydan” isə Əflatun Qubadovundur. Moskva, Çita, Gürcüstan, Özbəkistanı gəzmişəm bu mahnı ilə.

- Çita dünyanın o başıdır. Ora toya neçəyə getmişdiz?

- Elə baha deyildi. 8 min dollara getmişdim. 10 saat təyyarədə yol getdik.

- Yolunuza daş qoyan olub?

- Tik Tok, Yotube səhifələrimi şikayət edib bağlatdılar. Amma heç kimin gücü çatmadı. Mən sağlam rəqabət aparmışam. Bir xanım var. İstəyir qalmaqal yaratsın. Adını çəksəm, reklam olar. Onu öz trend-brend mahnılarımla məhv eləmişəm.

- Toylar kraliçası kimdir?

- Elə özüm. Elə burdan çıxıb toya gedəcəm.

- Plastik əməliyyat etdirmisiniz?

- Bədən şəkilləndirmə etmişəm. Üzümdə cərrahiyyə əməliyyatı olmayıb. Estetik prosedurlar olub.

 - Toylarda qadınlar sizi ərlərinə qısqanıb heç? 

-  O qədər. Demək olar hər məclisdə bunu yaşayıram. Bir dəfə kişi əlimə 100 manat verdi, arvadı gəlib qolundan tutub dartıb apardı. Dedim, ay xanım, öz ərim var sənin ərin nəyimə lazımdır, sənin yoldaşını qoluma salıb aparası deyiləm. Ata oğlunun toyunda pul səpər də. Son zamanlar qısqananlara heç nə demirəm.

- Bəs kişi fantlarınızla münasibətləriniz necə formalaşıb. İçki məclislərində istər-istəməz xoşagəlməz məqamlar yaşanır.

- O qədər başlarda mikrofon sındırmışam. Kimsə ilişirdi, on qat cavabını verirdim. Stol üstündə çaynik-çaydan qalmırdı, vurub dağıdırdım.
 Elə “Çini çaydan” belə yarandı da (gülür). Sonra dedim, bu qədər dava eləsəm, axırı nə olacaq. Xarakterimi dəyişdim. Mühafizəçim yoxdur. Sadəcə toy sahibinə deyirəm ki, qonaq məni incidir.

 - Bir ara "kabinet müğənnisi" ifadəsi qalmaqal yaratdı. Kabinetlərdə də oxuyursunuz?

- Əlbəttə. Biz müğənniyik, hara getsək işimizin adı oxumaqdır. Burda ayıb nəsə yoxdur. Naxçıvanda 3 gün gecə toy olub oxumuşam. Getməyək? Kimsə buna ayrı rəng verir, başqa şey düşünürsə öz düşüncəsi kirlidir.

- Sənətinizlə bağlı bundan sonrakı arzunuz nədir? 

- Zirvəyə çatmışam. Bəsimdir, bundan o yanası Allaha qalıb.


 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Noyabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri