Icma.az
close
up
RU
Kişilərin bir banka qatıqdan fərqi yoxdur! Fəridə

Kişilərin bir banka qatıqdan fərqi yoxdur! Fəridə

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Fəridənin yeni yazısını təqdim edir.

Dünya alimləri, "İsviç bilim adamları", araşdırma mərkəzləri, yazıçılar, psixoloqlar, fəlsəfəçilər – bütün dünya illərdir əlbir olub "qadınlar nə istəyir?" sualına cavab axtarır. Azərbaycanlı qadınlar olaraq biz isə "kişilər nə istəyir?" sualının həndəvərində girinc qalmışıq.

İndi sizə deyəcəklərimi heç bir psixoloq, ağsaqqal, müdrik quru belə deməyəcək. Niyə – çünki dünyada elə mətləblər var ki, kişilər onlardan əsla xəbərdar olmamalıdır.

Elə həqiqətlər var ki, kişi onları bilsə, çökər. Səhralara üz tutar, meşələrə çəkilər, mağaraya geri dönər.

Bəs nə? Eqosu zədələnən kişi dünyanın ən köməksiz, ən aciz canlısıdır axı.

Kişi zəif, mıy-mıy, aciz olsa, onda qadının yaşamağa stimulu qalmır axı.

Ona görə də, tarix boyu ağıllı cinsdaşlarım hər əzaba dözüb, sinə gəriblər ki, "kişi" obrazı əzəmətini itirməsin.

Davamıza, müharibəmizə, mübarizəmizə məna qazandırmaq naminədir bütün bu məşəqqət.

Nədən danışdığım aydın olsun deyə konkret problemi göstərmək istəyirəm indi sizə.

Bilirsiniz ki, boş vaxt tapan kimi sosial şəbəkələrdə qadın qruplarına girib qızların statuslarını, şərhlərini oxuyur, problemləriylə tanış olur, bildiyim, bilmədiyim mövzularda fikir bildirir, dəstək olmağa çalışıram.

Bu qruplarda günün mənzərəsi çox aydın görünür. Əvvəllər daha çox alış-veriş, pastik əməliyat həkimləri, qaynana-gəlin, gəlin-baldız problemləri kimi mövzulara toxunulurdusa, son dövrlərin bircə aktual problemi var: kişilər.

Hər gün mütləq bu mövzuda status görmək olur.

Problem nədir?

Kişilərin nə istədiklərini tapa bilmirik.

Bizi sevgisizlik, maddiyatçılıq, fürsətçillik, sədaqətsizlikdə ittiham edən kişilər özləri nə istəyirlər bəs?

Həyatında onu sevən, dəyər verən bir qadın olduğu halda niyə "doymurlar"?

Biriylə evlənirlər, biriylə sevgili olurlar, biriylə dost, biriylə tanış və s.

Orta statistik hər kişinin başında bir topa qadın dəstəsi var, ay qardaş.

Həyat yoldaşı (sevgilisi) də bilmir kimlə döyüşsün, dərdini kimə desin.

Hamıya maraqlıdır ki, niyə kişilər ətraflarına bu qədər qadın yığırlar? Bir qadında tapmayıb beş qadında axtardığı nədir? Bunun nə olduğunu bilsək, bəlkə, bir az ürəyimiz dincələr.

Amma əmin olun ki, nə axtardıqlarını özləri də bilmir, amma məsələ bu deyil.

Niyə belə olur?

Evli, və ya sevgilisi olan kişilərin ətrafına niyə çox qadın yığılır?

Bu kişi o qadınlardan, yaxud da o qadınlar bu kişidən nə istəyirlər?

Bu halda ən məntiqli çıxış yolu nədir?

Darıxmayın, bütün cavablar məndədir. Özü də, bu cavabları havadan üfürmürəm ha, oxuduğum, araşdırdığım mənbələr, yarım-yamalaq tərcümələrim, avtobusda, qatarda daldığım düşüncələrim nəticəsində ümumiləşdirib ortaya çıxardığım mətləblərdir.

Əvvəlcə, kişilər üçün bir həqiqət:

Ətrafınızda, həyatınızda çoxlu qadınlar varsa, bunun sizinlə heç bir əlaqəsi yoxdur.

Başa düşmədiniz, hə?

Yəni, ətrafınızda qadın çoxdursa, səbəb sizin mükəmməlliyiniz, təkrarolunmazlığınız, ələdüşməzliyiniz deyil.

Sizinlə uzun-uzadı danışmaq fikrim yoxdur, mənim məqsədim qadınları maarifləndirməkdir, istəsəniz, burdan o yana heç oxumayın, oxuduqlarınız xoşunuza gəlməyəcək çünki.

Nə isə.

Bacılarım, təsəvvür edin ki, bir dükana girmisiniz. Ortada bir geyim asılıb və bütün alıcılar o geyimin ətrafına toplaşıb. Hərə bir tərəfdən əlləşdirir, qaldırıb-qoyur, etiketinə, materialına baxır.

Qeyri-ixtiyari olaraq ayaqlarınız sizi ora çəkəcək. Siz də izdihamı yarıb o paltara baxmaq istəyəcəksiniz. Ən azı.

Ya da, bazara girmisiniz, səs-küy, balıq qoxusu, pendir iyini yara-yara göyərti "otdel"-inə tərəf gedirsiniz, birdən görürsünüz ki, piştaxtanın birində adamlar topalaşıb. Ortada da bir banka qatıq.

Adama maraqlı gəlir axı. O qədər adam bir banka qatığın başına yığılıbsa, demək, adi qatıq deyil. Nəsə var. Yenə, ən azı, maraq naminə yaxınlaşıb baxacaqsınız.

Hələ bir qadın da "ay xanım, çəkil, biz də baxaq" desə, vəssalam. Qırğın düşəcək. Sırf o qadının acığına o qatıq bankasını almağa çalışacaqsan. Heç dadına baxmayacaqsan, ehtiyacın olub-olmadığını düşünməyəcəksən də.

Bəli, cənablar, bu vəziyyətdə sizin də bir banka qatıqdan heç bir fərqiniz yoxdur. Yəni, qadınlar sizin uğrunuzda mübarizə aparırsa burda sizlik bir şey yoxdur.

Qızlar, əgər sevdiyiniz adamın ətrafında sizdən başqa da qadınlar varsa, qətiyyən sevgi naminə, kişi uğrunda o qadınlarla mübarizə aparmaq kimi bir səhvə yol verməyin.

Siz digər qadınlarla mübarizə aparıb, bir yandan da kişini nəzarətdə saxlamağa cəhd etdikcə əvvəlcə kişi özü, sonra da o böyür-başdakı xanımlar elə bilirlər ki, bu adam çox dəyərli, ələdüşməz, bənzərsiz biridir.

Qadınlar da qızışır, hamı bu dəyərli tikəni qazanmağa çalışır. Kişi o yandan eqo tavan, məndən yoxdu havaları filan. Sizi saymır hətta daha.

Ətrafda pərvanələr çoxdu axı.

Bu vəziyyətlərdə ən strateji addım sakitcə geri çəkilməkdi.

Sakitcə bir addım geri çəkilin və kişinin quzu balası kimi, tıpış-tıpış gəlməyini gözləyin.

İstisnasız belə olur.

Pərvanələr də görür sən mübarizə aparmırsan, deyirlər, bu kişi matah bir şey olsa o qadın əlini çəkib getməzdi, dağılışıb gedirlər başqa dəyərli obyekt tapmağa.

Unutmayın, bazar iqtisadiyyatında bir qanun da var: tələb yoxdursa, mal dəyərini itirir. Ucuzlaşır.

Çəkilin ki, ucuzlaşsınlar. Ya da, əsl dəyərləri bilinsin.

Kişilər, sizsə önəmli bir nüansı gözardı etməyin: İstisnasız bütün qadınlar həyatındakı qadına sadiq kişilərə xüsusi rəğbət, simpatiya bəsləyirlər.

Biz sifəti tanınmaz hala salınmış xalqıq - Aqşin Yenisey İstanbul kitab sərgisi bizə nə öyrətdi? Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri