Icma.az
close
up
RU
“Kişilərin etdiyi qeybət çox vaxt “söhbət” kimi qəbul olunur”

“Kişilərin etdiyi qeybət çox vaxt “söhbət” kimi qəbul olunur”

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Qeybət bir toplumu və cəmiyyəti sürətli şəkildə fəsada uğradır və qarşısı alınmazsa, sağalmaz bir xəstəliyə düçar edir”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev deyib.
Rüfət Qarayev bildirir ki, qeybət hər kəs üçün haramdır:
“İstər qadın olsun, istərsə də kişi – fərqi yoxdur. Uca Rəbbimiz Qurani-Kərimin “Hucurət” surəsinin 12-ci ayəsində belə buyurur: “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir”.
İlahiyyatçı qeyd edir ki, bəzi insanlar nəinki qeybət edir, hətta bir az da irəli gedərək zənn və böhtandan da geri qalmırlar:
“Həzrət Əli (ə) buyurur: “İnsanın təqvası çoxalanda dili tutulur. Yəni Allahdan qorxan insan qeybətdən, şərdən, zənndən, böhtandan və Allahın sevmədiyi bütün mənfi xüsusiyyətlərdən uzaq durar. Əks təqdirdə isə insan nə sərhəd tanıyar, nə də hüdud. Qorxusuz və hürküsüz olaraq qəflət içərisində həyatını başa vurar”.
Rüfət Qarayev vurğulayır ki, bizlər Rəbbimizin rizasına uyğun həyat yaşamalıyıq:
“Uca Rəbbimiz bizi insan olaraq yaradıb. Yaradılışın ən üstün varlığı insandır. İnsanın həqiqi insan olması, Allahın yaratdığı özəllik və gözəlliklərə sahib olması üçün gərək Rəbbimizin rizasına uyğun həyat yaşasın. Yəni Allahın istədiyi yerlərdə var olsun, istəmədiyi yerləri isə tərk etsin. Bu əməli sadəcə cismi ilə deyil, bütöv ağlı, qəlbi və ruhu ilə də tərk etməsi vacib məsələlərdəndir”.
“Bəzən insanlar qeybət və ictimai qınağı səhv salırlar”
Sosioloq Nailə İsmayılova isə bildirir ki, qeybətin qadınlara xas bir xüsusiyyət kimi qələmə verilməsi doğru deyil:
“El arasında belə bir ifadə var: “Qadınların qeybətindən uzaq olmaq lazımdır”. Qadınlar daha çox dialoqa girdikləri, bir-biriləri ilə daha çox söhbət etdikləri üçün bəlkə də onları qeybətcil hesab edirlər. Amma elə iş yerlərində də, müxtəlif kollektivlərdə də qeybət məsələsi olur. Bu, həm kişilər arasında, həm də qadınlar arasında müşahidə edilir. Kişilər də qeybət edirlər. Sadəcə kişilərin etdiyi qeybət çox vaxt “söhbət” kimi qəbul olunur”.
Sosioloq qeyd edir ki, insanlar başqaları haqqında fikir bildirməyə daha meyllidirlər:
“Əslində insan başqasını müzakirə etməzdən əvvəl özünün yaşam tərzinə, şəxsi xüsusiyyətlərinə nəzər yetirməlidir. Əgər mən özüm ideal insan deyiləmsə, hər şeyi reallıqla qəbul etmərəmsə, başqası haqqında necə fikir söyləyə bilərəm. Bir də ictimai qınaq məsələsi var. Bəzən insanlar qeybət və ictimai qınağı səhv salırlar. Qeybət xalq arasında işlənən bir ifadədirsə, ictimai qınaq cəmiyyətə zərər verə biləcək davranışlara münasibətdir. Bu tamamilə başqa anlayışdır. Biz bunu eyniləşdirməməliyik”.
Sosioloq vurğulayır ki, qeybətin sonu isə heç vaxt yaxşı olmur:
“Şər və böhtan atmaq insanların həyatını məhv edir. Bu səbəbdən insanlar danışdıqları sözün mənasını başa düşməli və başqası haqqında fikir bildirərkən daha ehtiyatlı, daha mədəni olmalıdırlar. Əgər biz başqasının səhvini görürüksə və onun düzəlməsini istəyiriksə, həmin insana mədəni şəkildə yaxınlaşıb səhvini üzünə demək və düzəlməsinə kömək etmək lazımdır. Bu artıq qeybət deyil – bu, qarşılıqlı hörmət və səmimi münasibətin göstəricisidir.Ona görə də, mən düşünürəm, insanlar qeybətdən uzaq olub daha düzgün danışıq yolunu seçməlidirlər”.
Fəridə Əsədzadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri