Kişilərin maaşından tutulub evdar qadınlara pensiya ödənilməlidir?
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə ər və arvadın əldə etdiyi əmlak onların birgə mülkiyyəti sayılır.
Əmək pensiyası hüququ isə fərdin şəxsi sığorta stajı və pensiya kapitalına əsaslanır (pensiya təyinatı zamanı ər və ya arvadın şəxsi əmlakı, yaxud gəlirləri nəzərə alınmır).
Son vaxtlar isə həyat yoldaşının işləməsinə icazə verməyən kişilərin maaşından pul tutularaq qadının pensiya fonduna köçürülməsi haqqında fikirlər səsləndirilir.
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında "Evdar xanımlara ərinin maaşından tutulub pensiya ödənilməsi məntiqlidir?" - sualı ilə sorğu keçirib.
Sakinlər "Evin bütün işlərini qadın görür və bir qarın çörək yeyir. Yaşlananda da bunun qarşılığında heç nə qazanmır. Ona görə də məntiqlidir", "Ərinin maaşından tutulmalıdır, kimdən tutulsun?!", "Evdə oturmağa razılaşan qadın qocalanda pensiya almamağa da razı olmalıdır" kimi fikirlər səsləndiriblər.
Ətraflı süjetdə:
Kişilərin maaşından tutulub evdar qadınlara pensiya ödənilməlidir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Mart 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















