Icma.az
close
up
RU
“Kişilik edən axıra kimi edər! Manipulyasiya edib, başına vurmaz!” RAZİDƏN ƏRİNƏ CAVAB

“Kişilik edən axıra kimi edər! Manipulyasiya edib, başına vurmaz!” RAZİDƏN ƏRİNƏ CAVAB

Icma.az, Shownews saytına istinadən bildirir.

Model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevin iddialarına cavab verib.

Bununla bağlı o, instaqramda açıqlama yayıb.  Razi deyib ki, şəxsi həyatının heç vaxt yayımlanmağını istəməyib:

“Məşhur olmaq istəməyən insan müsahibə vermir. Mənim ondan ayrılma səbəblərimi bilmirsə, niyə bütün yazışmalarımızda üzr istəyir? O yerə çatdırsa, yazışmaları da göstərəcəyəm, amma o həddə çatdırmaq istəmirəm. Kişilik edən axıra kimi edər. Qadının pis günündə dəstək olan, daha sonra manipulyasiyalar etməz və hər zaman başına vurmaz. Onun dediklərinin əksini göstərmək üçün sübutlarım var, sadəcə bunu etsəm, gərək çox da yaxşı şeylər haqqında danışmayım. Nə olur olsun uşağımın atasıdır, ondan fərqli olaraq istəmirəm ki, sabah uşaq böyüyəndə bütün bu məsələləri yutubda izləsin. Elə şeylər var ki, onları ictimailəşdirmək olmaz. Pisəm? “Dyavolam”? niyə illərdir sevirsən? Niyə ayrılmaq istəmirsən? Niyə boşanmağa ərizə vermirsən?  Hansı normal qadın hamilə ola-ola ərindən getmək istəyər? “Toksikoz” ilə bir evdən o biri evə köçmək istəyər? Yenidən qınaq səbəbinə çevrilmək istəyə bilər? Məncə, heç biri. Birindən qaç, canını qurtar, digəri xilaskar obrazında gəlib, daha sonra məni alçaldaraq hər şeyi hər gün başına vursun. Hamiləlikdən sonra heç yerə getməyəcəyimi fikirləşərək hər gün əsəblərimi pozan, anama hörmətsizlik edən və başqa demək istəmədiyim şeylər edən adamın yanında qalmaq istəmədim. 6 aydan sonra bunları edən daha sonra başqa şeylər də edər. Həyat mənə göstərdi ki insanın iç üzünü görən kimi düzəlməyinə ümid etmək olmaz.

Şəxsi həyatımın heç vaxt yayımlanmağını istəməmişəm, inanın, açıqlamalar verməkdən yorulmuşam. Təbii ki, instaqramda həyatımda baş verən bu qədər problemlərin, neqativlərin sizə görünməyini istəməmişəm. Heç vaxt Aysberqin əks tərəfini görə bilməzsiniz, kim nə yaşayır içində onu tək özü bilir! Əlbəttə mən də burada ağlayaraq postlar paylaşsam, hamınız tərəfimə keçəcəksiniz. Aylardır, səhifəmi normal idarə edə bilmirəm, fotosessiyamı paylaşdıqdan sonra, normal işləməyə reklamlar gələndən, müqavilələr bağlamağa başlayandan bu hala qıcıq olub, dərhal məni vurmaq istəyinə şahidsiniz. Bu da son! Bir daha bu haqda açıqlama verməyəcəyəm. Dedikləri qədər yaxşı biri olsaydı, bu vəziyyətimdə çıxıb müsahibə verməzdi”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://shownews.az
archiveBu xəbər 09 Noyabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri