Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Kişini qadından nə soyudur? SƏBƏBLƏR

Kişini qadından nə soyudur? SƏBƏBLƏR

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Hər şey yaxşı idi: sevgi dolu günlər, məhrəm gecələr, odlu sözlər, baxışlar. "Səninlə dünyanın sonuna da gedərəm" kəlmələri.

Düz 2 il... yox 5 il... azı-çoxu 5 il yarım belə davam etdi və bitdi. Məhəbbət söndü? Hisslər soyudu? Sən adiləşdin? Yoxsa, o, dəyişdi? Bir sözlə, kişi səndən soyudu. Onu əvvəlki halına qaytarmaq çətindir, bəlkə də mümkün deyil. Amma onu heç kimə asanlıqla güzəştə getmək fikrin də yoxdur. Kişi sənindir, onu əlində saxlamağı da bacarmalısan.

Bəs görəsən bunun səbəbi nədir?

Axşam.az kişini qadından soyudan amilləri və onların qarşısını almağın yollarını təqdim edir:

Boş vaxtınızı hədər yerə keçirirsiz:

Təzə tanış olduğunuz zamanları xatırlayın. Sən boş vaxt axtarırdın ki, sevdiyinlə birgə zaman keçirəsən, gəzməyə çıxasan. Dəridən-qabıqdan çıxırdın ki, onun hobbisini bölüşəsən. Xoşladığı musiqilərə birgə qulaq asmaq, futbola getmək, xoşladığı restoranda nahar etmək... O da səninlə birgə kosmetika mağazalarını gəzər, sənə hər ay yeni ətir alardı.

Bəs indi? Sən səhərdən axşama kimi ev işləri görür, ya da işdən gələn kimi hamama girib, saatlarla çıxmırsan. Sənin kosmetikanın, duş gellərinin əlindən güzgünün qabağında yer yoxdur. Axşam ərinin harada olmağı səni maraqlandırmır: o, ya dostları ilə çayxanada domino oynayır, ya da pivə içir. İndi o, futbola da, kabab yeməyə də sənsiz gedir. Çünki bilir ki, sənin vaxtın və həvəsin olmayacaq. Gecə televizorda kinoya baxır, sənsə telefonda "çənə döyürsən". Baxmayaraq ki, siz birgə yaşayırsız, əslində, ayrı-ayrı aləmlərdəsiz. Getdikcə yadlaşırsız. Sən onun həyatından çıxırsan. Sənə elə gələ bilər ki, o, bu gün dostları ilə vaxt öldürür. Amma kişiyə hər şeydən əvvəl qadın lazımdır və həmin qadın nə vaxtsa gəlib onu tapacaq. Onda çox gec olacaq.

Hərəkətə keç:

Başa düşürük ki, ömrü boyu kişinin arzuları ilə oturub-durmaq və onun yarı olmaq çətin məsələdir. Amma soyuyan münasibətləri isitmək üçün heç olmasa ildə bir dəfə təzə tanış olduğunuz günlərə qayıtmaq məsləhətdir. Nə olsun ki, illər keçib? Günü bu gün taktikanızı qurun: axşamlar onunla qəhvə və ya çay içə-içə söhbət etməli, səhər ona üz qırxmaqda kömək etməli, bazar günü birgə nahar və ya balıq kababı yeməyə getməli, işdən yorğun gəlibsə, onu yüngülcə masaj etməli, ona kiçik hədiyyələr almalı, sevdiyi filmin diskini alıb, birgə baxmalı və s. Özünüz də görəcəksiz, onun sizə baxışları və münasibəti necə dəyişəcək... Onun özünə inamı artacaq və bir daha əmin olacaq ki, hələ hər şey bitməyib. Siz elə əvvəlki istiqanlı, düşüncəli və mehriban qadınsız. Əgər qəflətən dəyişməyinizin səbəbini soruşsa, deyin ki, onsuz da iş sizi bir-birinizdən ayırır. Bundan sonra qalan boş vaxtınızı ona həsr etmək fikrindəsiz.

Vəziyyətlə barışmaq:

Bu vəziyyət bizim qadınların, özü də ağıllı və müdrik xanımların üzləşdiyi haldır. Onlar sevdikləri, ailə qurduqları insanı bütün çatışmazlıqları ilə qəbul edib, taleləri ilə barışırlar. Elə bilirlər ki, kişinin xasiyyətini dəyişmək olmaz, ya da artıq gecdir. "Kişinin qıcıqlandırıcı hərəkət və sözlərinə dözmək, bütün günü mübahisə etməkdən yaxşıdır", deyə fikirləşən qadınlar, bütün acılarını, narazılığını içində boğur. Belə qadınlar gündən-günə solur, baxmayaraq ki, evdə sakitçilik hökm sürür. İçində özünü didib parçalayır, ya da arzuladığını başqa insanda axtarmağa başlayır. Belə qadından kişilər gec də olsa, soyuyurlar.

Hərəkətə keç:

Bəsdir içinizə qapılıb, qaldınız. Açıq danışın, özünüzə qarşı düzgün olun. İstənilən problemin həlli yolu var, əgər siz onu bölüşsəniz. Məsələn: bir qadın ərinin hər gün ayaqlarını yumadan yatağa girməsinə görə narahat olur, qıcıqlanırdı. Təzə ailə quranda etiraz etməyə utanır, sonra isə buna alışmağa qərar verir. Hər dəfə yatağa girəndə narahat olan qadın üzünü divara çevirməyə və çarpayının yanına ətirli pambıq qoymağa adət edir. Sonradan isə daha qorxulu vəziyyət baş verir: qadın uşağı bəhanə gətirərək, yatağını ayırır. Nəticə: qadın ərindən, ər isə qadınından soyuyur. Və bir gün sirrin üstü açılır. Təsəvvür edin, yazıq kişi heyrətindən donmuşdu."Əgər sən desəydin və şərait yaratsaydın, mən böyük məmnuniyyətlə hər gün axşam ayaqlarımı yuyardım, hələ üstəlik ayaqlarıma ətirli krem də çəkərdim". Sözünüzü vaxtında deyin, acığınızı, hirsinizi, narazılığınızı içinizə salmayın.

Sükut

Yəqin ki, yadınızdadır: sevdiyinizlə, nişanlınızla saatlarla telefonda danışardız: uşaqlığınızdan, hisslərinizdən, özünüzdən, insanlardan, hər şeydən. O da yorulmadan sizə qulaq asardı. Sənə elə gəlirdi ki, sən ondan heç nəyi gizlətməməlisən, çünki o, sənə əzizdir. Kişilərin çoxu danışmağı
xoşlamasalar da, qulaq asmağa tənbəllik etmirlər. Amma indi... Səhərdən axşama kimi ancaq bazar-dükandan, xərcdən-borcdan, uşaqların məktəbindən, işdəki dedi-qodudan danışıb, qonşuların və qohumların dalınca gileylənirsən. Sonra isə uzun bir sükut başlayır. Hərə öz işi ilə məşğuldur, hər kəs öz fikrindədir. Sən hər şeyin dərdini çəkirsən, bəs kişi? Kim zəmanət verə bilər ki, o, ehtiraslı qadın arzusunda deyil?

Hərəkətə keç:

Danışmaq, danışmaq, yenə də danışmaq. Çox xahiş edirik, bunu deyinməklə səhv salmayın. Keçmiş, gözəl günlərdə olduğu kimi, təbiətdən, hisslərdən, sevgidən, ehtirasdan danışın. Özünüzdən danışın, qonşuları, qohumları, qaynananı və baldızı, iş yoldaşlarını bir kənara qoyun. Axşamlar kişini ürəksıxan sükutla baş-başa buraxıb, mətbəxdə itməyin. Yoxsa bir gün gözünüzü açıb, kişisiz qaldığınızı görəcəksiz.

Tənbəllik

Əsl sevgini öldürən tənbəllikdir. Hər bir insan onu çəkən, maraqlandıran obyekti diqqət mərkəzində saxlayıb, onu əldə etməyə, ona çatmağa çalışır. Fərq etməz: bu paltardır, ətirdir, şokoladdır və ya kişi... İstəyinə çatandan sonra insan rahat nəfəs alır, arxayınlaşır. "Onsuz da yanımdadır, hara qaçacaq?". Gəzməyə halım yoxdur, danışmağa həvəsim yoxdur. Kişinin paltarlarını yudum, yoruldum. Bircə axşam olsaydı, yatardım. Çox qadınlar əsl iş vaxtının elə gecə başladığını deyəsən, yavaş-yavaş unudurlar.

Hərəkətə keç:

Əgər sən görürsən ki, 2 həftədir ayaqlarını sürüyə-sürüyə mətbəxdən yataq otağına keçib, çarpayıya yıxılırsan, 2 aydır ərinlə heç bir kilomert də olsa qoşa yol getməmisən, deməli, kişinin əldən çıxmağına çox az qalıb. Gündəlik iş planına gecə 1-dən sonra nə etməli olduğunu da daxil etsən, pis olmaz. Onsuz da kişilər axşamkı dadlı yeməyə, təmiz sürtülmüş qazanlara və nişastalı köynəyə görə "çox sağ ol" demirlər. Çünki 80% kişilərin fikrincə, ona bəxş olunmuş fantaziya dolu ehtiraslı gecənin yerini heç nə vermir. Əgər "yataq tənbəlliyi"ni aşa bilsəniz, hesab edin, xilas olundunuz.

Kişilərin dözə bilmədiyi qadınlar:

- Özünü elə aparır ki, guya əlçatmazdır və seksdən xoşu gəlmir;

- Kişinin vücudunun dilini bilmirsə;

- Yataqda kişinin hərəkətlərini idarə etməyə çalışırsa;

- Öz bədənini sevib, qulluq etmirsə;

- Öpüşməyi xoşlamırsa;

- Kişini süni yollarla özünə bağlamağa can atırsa;

- Özünü key kimi aparırsa;

- Bütün günü pul dərdi çəkirsə;

- Başqa kişiləri misal çəkib, nümunə göstərirsə;

- Alt və gecə paltarına fikir vermirsə, əlinə keçəni alıb, geyinirsə;

- Adamı sona qədər dinləməyi bacarmırsa;

- Öz istədiyi yeməyi hazırlayıb, kişinin fikrini nəzərə almırsa;

- Qadının öz marağı, hobbisi, sənəti yoxdursa;

- Kişini istəmədiyi bir hərəkətə məcbur edirsə;

- Qadın kişini bir sözündən başa düşmürsə;

- Öz mənliyini, şəxsiyyətini alçaldırsa;

- Boş-boş şeylərdən ötrü ağlayırsa;

- Özündən başqa hamını günahlandırırsa.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri