Icma.az
close
up
RU
Kişinin 121 dən çox uşağı varmış: prokurorluq hərəkətə keçdi

Kişinin 121 dən çox uşağı varmış: prokurorluq hərəkətə keçdi

Lent az saytına istinadən Icma.az xəbər verir.

Niderlandda ən azı 121 uşağın bioloji atası olan 43 yaşlı kütləvi donor aşkarlanıb. Kişi bir neçə addan istifadə edib, müxtəlif klinikalarda donor materialı verib, həmçinin internet vasitəsilə qadınlarla birbaşa əlaqə qurub. Məlum olub ki, hakimiyyət orqanları onun fəaliyyəti barədə hələ 2017-ci ildən xəbərdar imiş. Daha sonra isə kişi donor qanunvericiliyinin qiymətləndirilməsi üzrə komissiyanın tərkibinə daxil edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, araşdırmanı “Nieuwsuur” proqramı aparıb.

Jurnalistlər onlarla ananın topladığı məlumatları təhlil ediblər. Material yayımlandıqdan sonra redaksiyaya yeni qadınlar da müraciət edib. Buna görə müəyyən edilən uşaqların sayı artmaqda davam edir. Müəlliflər real rəqəmin 121-dən xeyli çox ola biləcəyini istisna etmirlər.

Simon adlı kişi Qroningen əyalətində yaşayır. Potensial analarla ünsiyyət zamanı özünü həmçinin Cessi, Yohan, Daan, Sem və Maarten adları ilə təqdim edib. Donor bir neçə bankla əməkdaşlıq etsə də, əsasən xüsusi internet platformaları vasitəsilə qadınlarla şəxsi razılaşmalar bağlayıb.

Mövcud məlumatlara görə, Simon yeddi klinika vasitəsilə 34 uşağın atası olub. Digər halların böyük hissəsi ev şəraitində süni mayalanma ilə bağlıdır. Qadınlar donor materialını özləri əldə edib və proseduru tibbi müəssisələrin iştirakı olmadan həyata keçiriblər.

Bəzi anaların sözlərinə görə, kişi övladlarının real sayını gizlədib və birbaşa suallardan yayınıb. Qadınlar cavab tələb etməyə davam etdikdə isə guya ünsiyyəti dayandırmaqla hədələyib. Halbuki anaların məqsədi uşaqlarının gələcəkdə bioloji ataları ilə əlaqə saxlamaq imkanını qorumaq olub.

Bir müddət sonra donor qadınlara seksual məzmunlu mesajlar göndərməyə başlayıb. Bir neçə qadının dediyinə görə, o, süni mayalanmadan imtina edib uşağı “təbii yolla”, yəni onunla cinsi əlaqəyə girərək dünyaya gətirməyi təklif edib. Yazışmalarda kişi bunun necə baş verməli olduğunu ətraflı təsvir edib.

Qadınlardan biri Simonla hələ 2012-ci ildə internet saytı vasitəsilə tanış olub. Həmin il ev şəraitində həyata keçirilən mayalanmadan sonra qız övladı dünyaya gəlib. İlk illərdə donor ailə ilə normal münasibət saxlayıb və uşaqla görüşüb. Daha sonra isə anaya qəribə mesajlar göndərməyə başlayıb. Qadın yalnız illər sonra Simonun onlarla başqa uşağının da olduğunu öyrənib.

Başqa bir qadın polisə müraciət etməyə çalışsa da, cinayət işinin başlanmasına nail ola bilməyib. Niderland Prokurorluğu bildirib ki, qanunla müəyyən edilmiş donor limitinin pozulmasına görə məsuliyyəti klinikalar və tibb işçiləri daşıya bilər, lakin donorların özləri üçün belə məsuliyyət nəzərdə tutulmayıb.

Hazırda Niderlandda bir donorun materialından ən çoxu 12 ailədə uşaqların doğulması üçün istifadə edilə bilər. Lakin bu məhdudiyyət yalnız lisenziyalı tibb müəssisələrinə şamil olunur. Şəxsi razılaşmalar və ev şəraitində süni mayalanma isə faktiki olaraq nəzarət sistemindən kənarda qalır.

Mütəxəssislərin fikrincə, bir bioloji atadan çox sayda uşağın dünyaya gəlməsi bir-birinin qohumu olduğunu bilməyən ögey bacı və qardaşların gələcəkdə tanış olub münasibət qurması riskini yaradır. Bundan əlavə, kütləvi donor fəaliyyəti uşaqların bioloji qohumlarını tapmasını da çətinləşdirir.

Jurnalistlər Simonun uşaqlarının yalnız Niderlandda yaşamadığına dair əlamətlər də aşkar ediblər. DNT məlumat bazasının köməyi ilə Almaniyada bir neçə belə hal müəyyən olunub. Kişinin özü də Danimarkadakı donor banklarından birinə müraciət etdiyini bildirib.

Araşdırma yayımlandıqdan sonra analardan biri Simonun ona Niderlandda ən azı 100 uşağının olduğunu, həmçinin Belçikada altı, Almaniyada isə on ailə üçün donor materialı verdiyini etiraf etdiyini deyib.

Niderlandın Səhiyyə Nazirliyi Simonun kütləvi donor fəaliyyəti barədə hələ 2017-ci ilin avqustunda məlumat alıb. Lakin bu məlumat aidiyyəti nəzarət qurumuna ötürülməyib. İki il sonra isə kişi donor qanunvericiliyini qiymətləndirən komissiyanın üzvü olub.

Komissiya üçün hazırladığı sənəddə Simon donor vasitəsilə doğulan uşaqların sayına qoyulan məhdudiyyətin daha çevik olmasını təklif edib. Eyni zamanda o, xüsusi donorların qadınlara özləri və artıq dünyaya gəlmiş uşaqların sayı barədə yalan məlumat verə biləcəyini də qeyd edib.

Niderlandın səhiyyə naziri Sofi Hermans etiraf edib ki, Simonun həmin komissiyanın işinə buraxılması düzgün olmayıb və baş verənlərin araşdırılacağını vəd edib. Nazirlik, həmçinin lisenziyalı klinikaların artıq onun donor materialından istifadə etmədiyini bildirib.

Simon özü müsahibə verməkdən imtina edib və həqiqətən 100-dən çox uşağının olub-olmadığı barədə suala cavab verməyib. O, onunla əlaqəli bütün ailələrin şəxsi həyatına hörmət edilməsini istəyib.

Donor uşaqların hüquqlarını müdafiə edən fond isə Simonun gələcək donor fəaliyyətinin qadağan edilməsinə nail olmaq niyyətindədir. Fond nümayəndələri daha əvvəl başqa bir niderlandlı kütləvi donorla bağlı olduğu kimi, məhkəməyə müraciət etmək imkanını nəzərdən keçirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Avqust 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri