Kitab sevdiyin qız kimidir, sinənə qoyub yata da bilərsən Aqil Abbas
Icma.az bildirir, Unikal.az portalına istinadən.
"Kitabxana yaralı yerimdim. Bir dəfə Ağcabədinin Kəhriz kəndidə muzey açmışdıq. İki qadın işləyirdi və aşağı maaş alırdılar. Onda Polad müəllim nazir idi. Dedim ki, onların maaşşlarını artıraq. Onda bildirdi ki, maaşı Tarif Şurası artırır. Təklif etdim ki, bir biclik etmək olar. Dedim onların həyat yoldaşlarının birini bağban, digərinə isə mühafizəçi ştatı verin. Onlar da işləyəndən sonra ikisinin də maaşı düzələcək".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, indi hamı öz cibinin pulu ilə kitab çap etdirir:
"Onların kitabları kitabxanalara yetmir. Məcbur oluram ki, ayda bir dəfə gənc şairlərin, yazıçıların 200 kitabını öz puluma alıb kitabxanaya hədiyyə edirəm. Rayonlarda elektron kitabxanalara var ki, heç biri işləmir. Ona görə ki, hamının əlində telefon, evində də kompüter var. Ya elektron kitab oxu, ya da aleyhqaz geyinib qızılgül iyləməyin heç bir fərqi yoxdur. Kitab sevdiyin qız kimidir, sinənə qoyub yata da bilərsən. Kitabın iyisi, qoxusu var".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















