Icma.az
close
up
RU
Kitaba 10, içkiyə 20 faiz ENDİRİM “TələbəPlus” kartları zərərli vərdişləri TƏŞVİQ EDİR

Kitaba 10, içkiyə 20 faiz ENDİRİM “TələbəPlus” kartları zərərli vərdişləri TƏŞVİQ EDİR

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddət əvvəl “TələbəPlus” kartları verilməyə başlananda tələbələr zənn edirdi ki, nəhayət, sosial qayğıları bir qədər azalacaq. Ən azı ictimai nəqliyyatdan istifadədə müəyyən güzəştlər olacaq.
Lakin bütün ümidlər boşa çıxdı.
Nəzərə alaq ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Onların təşəbbüsü ilə qısa zamanda 23 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 min tələbə “TələbəPlus” kartı ilə təmin edildi.
Hazırda “TələbəPlus” kartından istifadə edənlərə 300-dək yerli və xarici şirkətlərin xidmətlərindən istifadə fürsəti yaradılıb. Bu şirkətlərsə tələbələrə əsasən, əyləncə, ucuz qiymətə spirtli içkilər, müxtəlif məzmunsuz xidmətlər təklif edir.
Bir sözlə, layihə sırf kommersiya məqsədi daşıyır.
Üstəlik, təşkilatçılar öz fəaliyyət trayektoriyalarını genişləndirmək istəyirlər. Layihə müəlliflərindən biri Təhsilin İnkişafı Fondundan Bizim.Media-ya bildirilib ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur.
Zərərli vərdişlərin təşviqi
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya ilə bölüşən psixoloq Gülnar Orucova  bildirib ki, “TələbəPlus” layihəsinə start veriləndə bütün valideynlər kimi o da sevinib:
“Hesab etdim ki, bu kart tələbələrin və valideynlərinin qayğılarını bir qədər azaldacaq. Amma gözləntimiz suya düşdü. Çünki bu layihə qayğılarımızı azaltmadı, əksinə artırdı. Məsələn, kartdan istifadə edənlər ictimai nəqliyyatdan istifadədə heç bir güzəşt qazanmadı.
Halbuki, 2000-ci ilə qədər ölkəmizdə tələbələr ictimai nəqliyyatdan güzəştli şəkildə istifadə edə bilirdi.
Hazırda qonşu ölkələrdə tələbələrə ictimai nəqliyyatdan istifadədə xüsusi güzəştlər var. Məsələn, Türkiyədə oxuyan tələbə “Mavi kart”dan istifadə edərkən digər sərnişinlərdən 3 dəfə ucuz yol gedə bilir. Gürcüstanda isə “limitsiz kart”lar var. Bu kartlardan təkcə tələbələr yox, digər sərnişinlər də yararlana bilir. Yaxşı olardı ki, bizdə də bu məsələ gündəmə gətirilsin”.
Psixoloq təəssüflə bildirib ki, “TələbəPlus” kartları gəncləri pis vərdişlərə təşviq edir:
“Bu kartdan istifadə edənlərə əsasən kommersiya obyektlərində güzəşt olunur. Ən çox da kofeşoplar təşviq edilir. Axı, gənc gün ərzində nə qədər kofe içə bilər ki?! Daha bir təəccüblü məqam odur ki, spirtli içki mağazaları da tələbələrə böyük endirimlər təklif edir. Məsələn,  “Gurmaniya” şərab tələbələrə 20 faiz güzəşt təklif edir, Bu spirtli işkilərin təşviqi deyilsə, bəs nədir?! Və yaxud “Spa Ceylon Wellness” Spa salonu onların xidmətindən yararlanan tələbələrə 10 faiz güzəşt təklif edir. 18-19 yaşlı qız uşağının spa salonunda nə işi var?!
“TələbəPlus” kartı sanki gecə barlarını təşviq edir. Hələ turizm şirkətlərini demirəm. Yəni tələbələrə təklif olunan güzəştlər sırf kommersiya məqsədi daşımaqla yanaşı, həm də gəncləri pis vərdişlərə təşviq edir. Bu isə başa düşülən deyil. Yaxşı olar ki, bu layihənin təşkilatçıları məsələyə yenidən baxsın. Öz kommersiya və korporativ maraqlarından əl çəkib, tələbələrə sözün həqiqi mənasında yardımçı olsunlar”.
Surxay Atakişiyev, Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:352
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Yanvar 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri