Kitabxanaçılıq imtahanından keçə bilməyənlər İŞDƏN ÇIXARILIRLAR?
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Kitabxanaçılıq üzrə keçirilən imtahandan uğur qazana bilməyən şəxslərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verildiyi iddia olunur.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, imtahandan keçə bilməyən kitabxana işçiləri sözügedən maddəyə əsasən işdən azad edilirlər. Bu isə həmin şəxslərin yaxın gələcəkdə iş tapa bilməməsi deməkdir.
Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən bildirilib ki, attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən əməkdaşlarla bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun və fərdi qaydada həll edilir.
"Belə hallarda əmək münasibətlərinə əməkdaşın öz təşəbbüsü ilə ərizə verməsi və ya işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinin tətbiqi əsasında xitam verilə bilər. Hər bir halda əməkdaşların qanunvericiliklə müəyyən edilmiş hüquq və təminatları qorunur", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, regionda kitabxanaçıların attestasiyanın keçirilməsi prosesi 2026-cı ilin iyul ayından başlayıb. Attestasiyanın keçirilməsi cari təqvim ilinin sonunadək bütün regional mədəniyyət idarələri üzrə müəssisələrdə planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 31 İyul 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















