Icma.az
close
up
RU
Kitabxanadan Xalq şairi Nəriman Həsənzadənin 95 illiyinə töhfə

Kitabxanadan Xalq şairi Nəriman Həsənzadənin 95 illiyinə töhfə

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 fevral, AZƏRTAC

Respublika Gənclər Kitabxanasında Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə silsilə materiallar – “İnsani duyğular tərənnümü-Nəriman Həsənzadə” adlı metodik vəsait və virtual kitab sərgisi hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, metodik vəsaitdə Xalq şairi Nəriman Həsənzadənin "Şöhrət" , “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilməsi ilə bağlı qəbul edilən rəsmi sənədlərin, Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının və 17 fevral 2021-ci il tarixində şairə ünvanladığı müraciətin tam mətni təqdim edilib.

Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/metodik-vesaitler yerləşdirilən vəsaitdə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat, görkəmli şəxslərin onun haqqında fikirləri, şairin özünün görkəmli şəxsiyyətlər haqqında söylədiyi dəyərli sözlər, akademik Nizami Cəfərovun “Nəriman Həsənzadənin poetik məni” adlı məqaləsinin tam mətni yer alıb.

Metodiki vəsaitdə Xalq şairinin zəngin ədəbi irsini kitabxanalarda təbliğ etmək məqsədilə müxtəlif kütləvi tədbir formalarının həyata keçirilməsinə dair tövsiyələr, kitabxananın bu mövzuya dair tərtib etdiyi onlayn materialların keçidləri və ədəbiyyat siyahısı təqdim edilib.

Virtual kitab sərgisində Nəriman Həsənzadənin VII cilddə nəşr edilən “Seçilmiş əsərləri”, “İllər, pillələr, talelər”, “Poylu-beşiyim mənim”, rus dilində çap edilən “Nabat xalanın çörəyi”, “Mən sizinləyəm”, “Azərbaycan poeziyası” kimi kitabların, Nəriman Həsənzadənin yaradıcılığı haqqında qələmə alınan “Şerimizin Nərimanı”, “Nizami Gəncəviyə Nəriman Həsənzadə baxışı”, “Fərdilik və fərqlilik”, “Nəriman Həsənzadənin dramaturgiyası” kimi dövrü mətbuat nümunələrinin və Xalq şairinin müsahibələrinin tam mətni sərgilənib.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/neriman-hesenzade-95 yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Fevral 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri