Icma.az
close
up
RU
KİV: ABŞ Cənubi Afrikadan Amerika kapitalı üçün güzəştlər tələb edir

KİV: ABŞ Cənubi Afrikadan Amerika kapitalı üçün güzəştlər tələb edir

Icma.az, 525.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Amerika şirkətlərinin Cənubi Afrika iqtisadiyyatına investisiyaları üçün şəraitin yaxşılaşdırılmasına və onların Afrika ölkəsində işləmək üçün xüsusi imtiyazlar əldə etməsinə çalışır.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə yerli "City Press" həftəlik nəşri Cənubi Afrika Prezidenti Siril Ramafosa başda olmaqla CAR nümayəndə heyətinin ABŞ-yə səfərinin nəticələri haqqında məlumat verib.

Nəşrin məlumatına görə, Vaşinqtonda qapalı qapılar arxasında keçirilmiş görüş zamanı Tramp administrasiyası Cənubi Afrikada mövcud olan və xarici şirkətlərdən öz Cənubi Afrika bölmələrinin səhmlərinin üçdə birini "yerli qaradərili bizneslərə" verməyi tələb edən qanunun CAR-da işləmək istəyən Amerika kapitalı üçün əhəmiyyətli maneələr yaratdığı məsələsini qaldırıb. Bu söhbətdən iki gün sonra CAR-ın kommunikasiya və rəqəmsal texnologiyalar naziri Solli Malatsi xarici şirkətlərə yerli biznesə böyük səhm paketlərinin verilməsindən imtina etməyi infrastruktur layihələrinin həyata keçirilməsi ilə kompensasiya etməyə imkan verən direktiv imzalayıb.

Nəşrə görə, bu addım İlon Maskın nəzarətində olan Amerika şirkəti "SpaceX"ə məxsus Starlink peyk rabitə sisteminə CAR-ın kommunikasiya bazarına yol açır. Əvvəllər Cənubi Afrika hakimiyyəti "Starlink"ə ölkədə işləmək üçün lisenziya verməkdən imtina edirdi, çünki Mask CAR-da xarici şirkətlərin işləməsi şərtləri haqqında qanunun tələblərini yerinə yetirməyə hazır olmadığını bildirmişdi.

ABŞ-yə səfər edən nümayəndə heyətinin tərkibində olan CAR-ın kənd təsərrüfatı naziri Con Steynheyzen həftəlik nəşrə bildirib ki, Malatsinin direktivi iki hökumət arasında əldə edilən çoxsaylı razılaşmalardan yalnız biridir. "İndi qapı açıqdır", – o söyləyib.

Nəşrə görə, Amerika tərəfi CAR-da çıxarılan və xüsusilə "SpaceX"in istifadə etdiyi strateji əhəmiyyətli minerallara çıxış əldə etmək istəyir. Keçirilmiş danışıqlar zamanı Mask dünya bazarında bir sıra mineralların çatışmazlığı olduğunu və CAR-dan tədarüklərin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyini bildirib. Həftəlik nəşrə görə, Tramp administrasiyası CAR-da çıxarılan xammalın ABŞ ərazisində emal olunmasını istəyir.

CAR nümayəndə heyəti həmçinin ABŞ-dən böyük partiyalarla mayeləşdirilmiş qaz idxal etməyi təklif edib. Əvvəllər CAR Birləşmiş Ştatlardan qaz almırdı. 19-22 may tarixlərində baş tutmuş CAR nümayəndə heyətinin ABŞ-yə səfəri zamanı Ramafosa Maskla görüş keçirib, növbəti gün isə Tramp tərəfindən qəbul edilib. Ramafosa ABŞ-yə səfərini uğurlu adlandırıb və iki ölkənin münasibətlərini yenidən qurduğunu deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 25 May 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri