Icma.az
close
up
RU
KİV: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Brüsselə məxfi səfər edib

KİV: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Brüsselə məxfi səfər edib

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bu həftə məxfi şəkildə Brüsselə səfər edib və Avropa İttifaqının (Aİ) yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib.

APA xəbər verir ki, bu barədə “Politico nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, səfərin əsas məqsədi Vaşinqtonun kəşfiyyat əməkdaşlığına sadiqliyini bir daha təsdiqləmək və Avropa tərəfdaşlarını sakitləşdirmək olub.

Məsələdən xəbərdar olan üç mənbənin bildirdiyinə görə, Retkliff Aİ-nin ali diplomatı Kaya Kallas, eləcə də Avropa İttifaqının Kəşfiyyat və Situasiya Analizi Mərkəzi və Hərbi Qərargahın Kəşfiyyat İdarəsinin yüksək vəzifəli nümayəndələri ilə danışıqlar aparıb.

İki Avropa rəsmisinin sözlərinə görə, görüşün məqsədi “əsəbləri sakitləşdirmək” və ABŞ-ın Aİ ilə kəşfiyyat sahəsində sıx əməkdaşlığı davam etdirmək niyyətini göstərmək idi. Bunun səbəbi isə bəzi Avropa paytaxtlarında prezident Donald Tramp administrasiyasının xarici siyasət kursu ilə bağlı artan narahatlıqlardır.

Mənbələr qeyd edir ki, Retkliffin səfəri ictimaiyyətə elan edilməyib və məhdud dairədə baş tutub. Bununla belə, görüş Aİ və ABŞ arasında etimadı möhkəmləndirmək və qarşılıqlı məlumat mübadiləsini sabitləşdirmək istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see196

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see172

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri