KİV: ABŞ Ukrayna münaqişəsinə soy qoymaqla bağlı yeni plan hazırlayıb
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün 28 bənddən ibarət yeni plan hazırlamaq üçün Rusiya ilə gizli məsləhətləşmələr aparır.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, məsləhətləşmələr əsasən 4 istiqamət üzrə olacaq. Bunlar Ukrayna münaqişəsində sülhün əldə olunması, regionda, eləcə də Avropada təhlükəsizlik zəmanətləri və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləridir.
Bununla yanaşı, nəşr yazır ki, planda ərazilərlə bağlı mürəkkəb məsələyə necə yanaşılacağı hələ də aydın deyil.
Qeyd olunur ki, sülh planının hazırlanmasına Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir. Onun Rusiyanı təmsil edən Kirill Dmitriyevlə ilkin müzakirələr apardığı da vurğulanır.
Dmitriyev bildirib ki, əvvəlki sülh danışıqlarından fərqli olaraq, bu dəfə Rusiyanın mövqeyinin həqiqətən də eşidildiyini hiss edib.
Adı açıqlanmayan Amerika rəsmisi təsdiqləyib ki, Ağ Ev yeni planla bağlı təkcə Ukraynanı deyil, həm də Avropa rəsmilərini məlumatlandırmağa başlayıb.
"Hesab edirik ki, indi bu planı həyata keçirmək üçün doğru zamandır. Lakin hər iki tərəf praktik və realist olmalıdır", - amerikalı rəsmi nəşrə bildirib. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















