KİV: Avropa liderləri Trampa qarşı mübarizə planı hazırlayıblar
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa ölkələrinin liderləri Brüsseldə işgüzar şam yeməyi zamanı ABŞ Prezidenti Donald Trampın təhdidlərinə və təzyiqlərinə qarşı plan hazırlayıblar.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu "The New York Times" qəzeti mənbələrə istinadla yazıb.
Nəşr qeyd edir ki, Tramp Avropaya iqtisadi zərbə vurmaqla hədələyərək, siyasətçilərini alçaldaraq və onların dəyərlərini sərt tənqid edərək bütün dünyanı şoka saldıqdan sonra Avropa liderləri fəaliyyət planı hazırlayıblar. Sənəddə ABŞ Prezidentinin gələcək təxribatlarına soyuqqanlı reaksiya vermək, həmçinin cavab olaraq rüsumlar tətbiq etməklə hədələmək nəzərdə tutulur. Bundan əlavə, Avropanın Vaşinqtondan hərbi və iqtisadi asılılığını azaltmaq planlaşdırılır, çünki ABŞ etibarsız müttəfiqə çevrilib.
Mənbələrin məlumatına görə, İtaliyanın Baş naziri Corciya Meloni görüşdə ABŞ Prezidenti ilə dialoqu davam etdirməyi təklif edib. Almaniya Kansleri Fridrix Mers ABŞ-dən iqtisadi asılılığın azaldılması üçün sürətli tədbirlərin görülməsinə çağırıb. Fransa Prezidenti Emmanuel Makronun fikrincə isə Avropa Vaşinqtona müqavimət göstərməyə hazır olduğunu nümayiş etdirməli, bununla da Trampın hörmətini qazanmağa nail olmalıdır.
Qəzet Avropa liderlərinin planını nisbətən cəsarətli, lakin hələ də kifayət qədər mücərrəd adlandırıb və vurğulayıb ki, bu, Avropa liderlərinin Trampa qarşı indiyədək olmadığı qədər sərt ritorika ilə çıxış etdiklərini, lakin hələ bəyanatlarını real addımlarla möhkəmləndirməyə çalışdıqlarını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 31 Yanvar 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















