KİV: BMT nin zəmanəti olmasa, Azərbaycan Qəzzada sülhməramlılara qoşulmayacaq
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ Azərbaycandan Qəzzada “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib.
APA xəbər verir ki, bu barədə “AnewZ” öz mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, Bakı bununla bağlı hələ son qərar verməyib. Azərbaycanın irəli sürdüyü tələb isə ölkənin bu missiyada hər hansı iştirakı BMT Təhlükəsizlik Şurasının qərarı ilə beynəlxalq legitimliyi təmin edən və aydın mandat verən bir çərçivədə olmalıdır.
Qeyd olunur ki, bu missiya klassik BMT sülhməramlı əməliyyatı deyil. Missiya Balkan münaqişələrindən sonra tətbiq olunan sülh quruculuğuna bənzəyir. Məqsəd əsas obyektləri qorumaq, humanitar yardımın çatdırılmasını təmin etmək və siyasi strukturlar formalaşana qədər silahlı qarşıdurmanın təkrarlanmasının qarşısını almaqdır.
ABŞ Qəzzaya öz qoşunlarını göndərməyi planlaşdırmır, əvəzində Vaşinqton etibarlı regional və beynəlxalq tərəfdaşlardan ibarət koalisiya yaratmaq niyyətindədir. Azərbaycana bu strateji sülh təşəbbüsünə diplomatik balans və təcrübə baxımından töhfə verə biləcək etibarlı tərəfdaş kimi baxılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 30 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















