KİV: Cənubi Afrika, Rusiya və Çin birgə dəniz təlimləri keçirəcək
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cənubi Afrika, Rusiya və Çin bu ilin noyabrında Afrika sahillərində "Mosi 3” ("Tüstü 3”) kod adlı birgə hərbi dəniz təlimləri keçirəcək.
Bu barədə "DefenceWeb” xəbər portalı məlumat yayıb.
Təlimlər Atlantik okeanında ev sahibi ölkənin - Cənubi Afrikanın sahillərinə yaxın ərazidə keçiriləcək. Təlimlərə Çin başçılıq edəcək. Təlimlərdə hansı gəmilərin iştirak edəcəyi hələlik açıqlanmır.
İyun ayında Cənubi Afrikada keçirilən hazırlıq iclası zamanı "Mosi 3” iştirakçılarının qarşısına aşağıdakı vəzifələr qoyulub: üç ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsi və inkişafı, dəniz əməkdaşlığının gücləndirilməsi, dənizdə sülhün və sabitliyin qorunması.
Xatırladaq ki, Cənubi Afrika, Rusiya və Çinin ilk birgə hərbi dəniz təlimləri (Mosi) 2019-cu ilin noyabrında Keyptaun yaxınlığında, Atlantik okeanında keçirilib. "Mosi-2” isə 2023-cü ilin fevralında Hind okeanında Durban şəhərinin şimalında baş tutub.
/report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 Avqust 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















