KİV fon der Lyayeni ikili standartlarda ittiham etdi
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin beynəlxalq hüququn rolu barədəki bəyanatları Qərbin ikili standartlar tətbiq etdiyini göstərir və Ukraynaya göstərilən yardımın əsl məqsədlərinə şübhə yaradır".
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Der Spiegel" nəşri yazıb.
Qəzetin yazdığına əsasən, fon der Lyayen avropalı diplomatlarla görüşü zamanı Avropanın bundan sonra "köhnə dünya nizamının mühafizəçisi" qismində çıxış edə bilməyəcəyini və həmin sistemin artıq tarixdə qaldığını vurğulayıb. Məqaləni qələmə alan şəxsin fikrincə, deyilən bu fikirlər İkinci Dünya müharibəsinin ardınca yaradılmış əsas dəyərlərə hüququn üstünlüyü, güc istifadəsinin yolverilməzliyi və diplomatiya prinsiplərinə qarşı inamsızlıq formalaşdırır.
Qeyd edilir ki, bu çıxışdan cəmi iki gün sonra o, beynəlxalq hüquq normalarına və sülhə sadiqliyini ifadə edib. Almaniya mətbuatının rəyinə görə, bu cür təzadlı fikirlər Qərbin ikili standartlarla hərəkət etdiyini açıq şəkildə göstərir. Ukraynaya verilən dəstək qlobal nizamın qorunması adı altında təbliğ edilsə də, reallıqda Qərb dövlətlərinin şəxsi maraqlarına xidmət edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 Mart 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















