KİV: Formula 1 Yaxın Şərqdəki vəziyyətə görə iki ölkədə Qran prini ləğv edəcək
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aprel ayında Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Formula-1" Qran-priləri ABŞ və İsrailin İrana qarşı apardığı müharibə ilə əlaqədar ləğv ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı mənbələrə istinadən yazır.
Yarışların aprelin 10-12-də Bəhreyndə, aprelin 17-19-da Ciddədə keçirilməsi planlaşdırılırdı. Nəticədə mövsümdə yarışların sayı 22-yə enəcək. Nəşrlərin həmsöhbətlərinin sözlərinə görə, qərar barədə rəsmi açıqlama gələn həftəyədək veriləcək.
Qeyd olunur ki, yarışların ləğv edilməsindən "Formula-1" 130 milyon dollardan çox vəsait itirəcək. Çünki Bəhreyn və Səudiyyə Ərəbistanı yarışların keçirilməsi üçün ən yüksək ödəniş edən ölkələrdən sayılır.
Təşkilatçılar yarışları Portuqaliya, İtaliya və ya Türkiyəyə köçürmək imkanını nəzərdən keçirsələr də, çox az vaxt qaldığını və mərhələlərin keçirilməsi üçün ödəniş almağın demək olar ki, mümkün olmayacağını əsas gətirərək bu variantdan imtina ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 Mart 2026 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















