KİV: İrakli Qaribaşvili “Gürcü Arzusu”nu tərk etməyə hazırlaşır
“Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili “Gürcü Arzusu” partiyasını tərk edir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “TvPirveli” kanalı yayıb.
Kanalın yaydığı məlumata əsasən, sözügedən məsələni Qaribaşvilinin yaxın ətrafı təsdiqləyib. Məlumatda deyilir ki, o, bizneslə məşğul olmaq üçün bu addımı atmağa hazırlaşır.
"Gürcü Arzusu”nun rəhbərləri Qaribaşviliyə formal olaraq komandada qalmağı təklif edir və etirazlar fonunda açıqlama verməməsini xahiş edirlər.
Qaribaşvilinin isə nə qərar verəcəyi məlum deyil.
Baxış sayı:92
Mənbə:https://apa.az