Icma.az
close
up
RU
KİV: İran Suriyadan diplomatlarını və hərbçilərini təxliyə etməyə başlayıb

KİV: İran Suriyadan diplomatlarını və hərbçilərini təxliyə etməyə başlayıb

- +

İran Suriyadan hərbçiləri, diplomatik missiya əməkdaşlarını və onların ailələrini təxliyə etməyə başlayıb.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə “New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Regional məmurlar və üç İran rəsmisinin sözlərinə görə, cümə günü İran Suriyadan öz hərbi komandanlığını və şəxsi heyətini təxliyə etməyə başlayıb”, – nəşrin materialında qeyd olunur.

Təxliyənin bir hissəsi təyyarələrlə Tehrana, digər hissəsi isə quru yolla Livan, İraq və Suriyanın Latakiya limanına həyata keçirilir.

Bildirilib ki, İraq və Livana təxliyə edilənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli komandirləri, SEPAH-ın şəxsi heyəti, bəzi diplomatik missiya əməkdaşları, onların ailələri və İranın mülki əhalisi olub.

seeBaxış sayı:19
embedMənbə:https://tribunainfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri