KİV: İsrail İordan çayının qərb sahilində öz suverenliyini elan edə bilər
Apa.az saytına istinadən Icma.az xəbər verir.
İsrail bir sıra ölkələrin Fələstin dövlətini rəsmi şəkildə tanımaq qərarına cavab olaraq, İordan çayının qərb sahillərində öz suverenliyini elan edə bilər.
APA “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə bəzi mənbələr məlumat yayıb.
Bildirilib ki, sentyabrın 4-də İsrailin Baş naziri Benyamin Netanyahu yüksək səviyyəli dövlət rəsmiləri ilə iclas keçirərək, Fələstin dövlətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının İsrail üçün mümkün nəticələri barədə müzakirə aparacaq.
Müşavirədə İsrailin bu addıma cavab tədbirləri, o cümlədən İordan çayının qərb sahilində İsrailin suverenliyinin elan edilməsi ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, bir sıra Avropa ölkələri BMT Baş Assambleyasının iclasında Fələstini dövlət kimi tanıyacaqlarını bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















