KİV: İsrail İrana qarşı quru əməliyyatlara başlayacağı barədə məlumatlar yayır
Icma.az, Apa.az saytına istinadən bildirir.
İsrailin İranın paytaxtı Tehrana endirdiyi zərbələr fonunda Rəsmi Təl-Əviv açıqlayıb ki, müharibə yalnız hava hücumları ilə yekunlaşmayacaq, ehtiyac yaranarsa quru əməliyyatlara keçəcəklər.
The Guardian-nın məlumatına görə, İsrail qüvvələri Novruz bayramı ərəfəsində Tehran ətrafında hava zərbələri həyata keçirib. Şahidlər paytaxtın müxtəlif ərazilərində partlayış səslərinin eşidildiyini bildiriblər.
Netanyahu isə çıxışında qeyd edib ki, təkcə hava hücumları ilə siyasi dəyişikliklərə nail olmaq mümkün deyil. Onun sözlərinə görə, “inqilabları havadan həyata keçirmək olmaz” və bu səbəbdən münaqişədə “quru komponenti”nin də nəzərdən keçirilməsi lazım gələ bilər.
Analitiklər hesab edir ki, Netanyahunun bu açıqlamaları münaqişənin daha da genişlənə biləcəyinə işarədir. Hava zərbələrinin davam etdiyi bir vaxtda quru əməliyyatlarının mümkünlüyü regionda gərginliyi yeni mərhələyə keçirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 20 Mart 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















