KİV: Kriştianu Ronaldu İslam dinini qəbul edə bilər Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo İslam dininə maraq göstərir.
BAKU.WS xəbər verir ki, bu barədə komandanın qapıçısı Valid Abdulla Səudiyyə Ərəbistanının "Al-Saudia" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ronaldo İslamın adət-ənənələri və praktikaları ilə fəal şəkildə maraqlanır.
"O, çoxlu suallar verir, hətta bir dəfə qol vurduqdan sonra səcdə də edib. Bundan əlavə, komanda yoldaşlarını müntəzəm olaraq namaz qılmağa çağırır",- deyə qapıçı qeyd edib.
Valid Abdulla əlavə edib ki, futbolçu Səudiyyə Ərəbistanının mədəniyyətinə heyran qalır və onun oğlu yerli uşaqlarla asanlıqla ünsiyyət qurur.
"Ronaldunun sadəliyi və intizamı hörmətə layiqdir. O, təkcə meydanda deyil, meydandan kənarda da örnəkdir",- deyə Abdalla vurğulayıb.
Baxış sayı:88
Bu xəbər 06 Dekabr 2024 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















