KİV: Parisdə “Siri“ ilə bağlı “Apple“a qarşı araşdırma başlanılıb
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Fransada Paris prokurorluğu, ABŞ korporasiyası "Siri" səs köməkçisinin fəaliyyəti ilə bağlı "Apple"a qarşı araşdırmaya başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, araşdırma Kibercinayətkarlıqla Mübarizə Şöbəsinə (Ofac) həvalə edilib və "Siri" köməkçisi vasitəsilə "Apple" şirkətinin qeyri-qanuni olaraq istifadəçilərin minlərlə söhbətinin yazılması ehtimalı ilə bağlıdır. Məlumata görə, araşdırma "Apple"ın keçmiş podratçısının işçisinin ifadələri əsasında tərtib edilmiş şikayətdən sonra başlanılıb.
"Apple" heç vaxt "Siri"nin məlumatlarını marketinq profilləşdirməsi üçün istifadə etməyib, onları reklam xidmətlərinə ötürməyib və üçüncü tərəflərə satmayıb", - deyə "Apple"ın Fransadakı nümayəndəsi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















