Icma.az
close
up
RU
KİV: Paşinyan Rusiyada ABŞ ın Zəngəzur dəhlizinə nəzarət məsələsini müzakirə edəcək

KİV: Paşinyan Rusiyada ABŞ ın Zəngəzur dəhlizinə nəzarət məsələsini müzakirə edəcək

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyanın komandası onun Altaya səfəri zamanı Syünikdən (Zəngəzur) keçən yolun taleyi ilə bağlı Rusiya hakimiyyəti ilə kuluar danışıqlar aparacağını güman edir.

APA xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasında hesab edirlər ki, Paşinyan Moskva ilə “dəhliz” məsələsini müzakirə edəcək.

Qeyd edək ki. Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya iki günlük işgüzar səfərə gedəcək. Ermənistan lideri Altayda təbiətin mühafizəsi ilə bağlı beynəlxalq konfransda iştirak edəcək.

Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat bildirib.

Paşinyan isə ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsini istisna etməyib.

İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı gizli memorandumu əldə etdiyini və bu sənədin Ermənistanla ABŞ tərəfindən təsdiq edildiyinə dair iddia ilə çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri