KİV: PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaraları boşaldacaq
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
PKK terror təşkilatı Türkiyə ərazisindəki qüvvələrini çıxarmaqla yanaşı, İraqın şimalındakı sərhəd bölgəsində yerləşən bəzi düşərgələri də tərk edəcək.
Oxu.Az xəbər verir ki, bu iddia ilə NTV telekanalı çıxış edib.
Telekanal öz iddiasını PKK-nın Türkiyədən çıxdığına dair yaydığı bəyanata əsaslandırır. Bəyanatda qeyd edilir ki, münaqişə və ya təxribat potensialı olan sərhəd boyu mövqelərdə də oxşar tədbirlər görülür.
Bildirilir ki, söhbət İraqın şimalındakı Zap və Metina bölgələrindəki düşərgələrin, həmçinin sərhəd zonasında PKK tərəfindən aktiv istifadə edilən mağaraların boşaldılmasından gedə bilər.
Qeyd edilir ki, İraq-Türkiyə sərhədi boyunca dağlıq ərazilərdə yerləşən yeddi böyük düşərgəsi var.
Xatırladaq ki, PKK bu gün Türkiyədəki fəaliyyətlərini tamamilə dayandırdığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















