KİV: Putin Donetsk vilayətini ya danışıqlar, ya da döyüşlə ələ keçirəcəyinə inanır
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətini ya danışıqlar yolu ilə, ya da döyüş meydanında ələ keçirəcəyinə inanır.
APA xəbər verir ki, bu barədə “CBS News” yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Cenevrədə keçirilən danışıqlarda iştirak edən ABŞ nümayəndə heyətinin ilkin mövqeyi də məhz Putinin bu planının reallığa yaxın olduğu qənaətinə əsaslanıb.
Amerikalı rəsmi ABŞ administrasiyasının Donbasdakı vəziyyətə dair birbaşa qiymətləndirmə verməkdən imtina etsə də, döyüşlərin hazırkı trayektoriyasının Rusiyanın Donetsk üzərində nəzarəti ələ keçirə biləcəyinə işarə etdiyini bildirib.
Rəsmi qeyd edib ki, Rusiyanın şərq cəbhəsində Pokrovsk istiqamətində irəliləyişi Kiyev üçün müdafiə perspektivlərinin yaxşı olmadığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Noyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















