KİV: Razılaşma əldə olunmadığı təqdirdə, Tramp gələn həftə sülh danışıqlarından çəkiləcək
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp razılaşma əldə olunmadığı təqdirdə, gələn həftə sülh danışıqlarından çəkiləcəyini bəyan edib.
APA xəbər verir ki, bu barədə "The Times" qəzeti Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun ətrafındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirlib ki, ABŞ rəhbərliyi Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin Moskvanın nəzarətində qalması şərtilə sülh razılaşması təklif edir. Nəşrin yazdığına görə, bu mövqe Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun komandasına “daş üzərində həkk olunmuş” prinsip kimi təqdim olunub.
Qəzet qeyd edir ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərərək onu “məcburi sülh” şərtlərini qəbul etməyə yönəltməyə çalışır. ABŞ lideri hesab edir ki, Zelenskinin bu sazişə razılıq verməkdən başqa real seçimi yoxdur.
“Tramp bildirib ki, əgər razılaşma əldə olunmasa, gələn həftə danışıqlardan çıxacaq.” - Məqalədə vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 Aprel 2025 02:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















