KİV: Suriyadan İraq həbsxanalarına daha 300 İŞİD üzvü köçürülüb
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İŞİD terror qruplaşmasının təxminən 300 döyüşçüsü Suriyadan İraq həbsxanalarına köçürülüb.
Moderator.az xəbər verir ki, bu barədə "Shafaq News" informasiya portalı hökumət mənbəyinə istinadən məlumat yayıb.
Ədliyyə Nazirliyinin qərarı ilə bir neçə gün əvvəl saxlanılan şəxslər terrorizm işləri üzrə məhkumlar üçün nəzərdə tutulmuş İraq həbsxanalarına paylanacaqlar.
"Bu müəssisələrdə yüksəksəviyyəli təhlükəsizlik var və onlar təhlükəsiz bölgələrdə yerləşirlər", - məlumatda qeyd olunub.
"Qeyd olunur ki, onlar İraq qanunlarına əsasən mühakimə olunacaqlar, respublika vətəndaşı olmayan döyüşçülər isə öz ölkələrinin hökumətlərinə, onlara vətənlərində çıxarılan hökmlərin icrası şərti ilə təhvil veriləcəklər.
Saxlanılan İŞİD üzvlərinin sayının artacağı gözlənilir, çünki Bağdad və Dəməşq arasında bu məsələ ilə bağlı koordinasiyalı iş davam edir. CENTCOM-un məlumatına görə, 7000-ə yaxın İŞİD məhbusu İraq nəzarətində olan "təhlükəsiz" yerlərə köçürüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 27 Yanvar 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















