Icma.az
close
up
RU
KİV: Tramp Ağ Evi dünya liderləri üçün Aclıq oyunları na çevirib

KİV: Tramp Ağ Evi dünya liderləri üçün Aclıq oyunları na çevirib

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki ənənəvi diplomatik görüşləri dünya siyasətinin "Aclıq oyunları"na bənzər bir arenaya çevirib".

Oxu.Az-ın verdiyi məlumata görə, bu fikir CNN jurnalisti Stiven Kollinsonun məqaləsində yer alır.

Onun sözlərinə görə, əcnəbi liderlər indi Vaşinqtona səfər edərkən qeyri-müəyyən və bəzən düşmənçiliklə dolu mühitə düşürlər.

Kollinson bu fikirləri Cənubi Afrika Prezidenti Siril Ramafosanın 22 may tarixində Vaşinqtona səfərini təhlil edərkən bildirib. Onun sözlərinə görə, Tramp administrasiyası dövründə diplomatik protokol köklü şəkildə dəyişib, prezident isə mətbuat konfranslarında az qala oktaqon döyüşçüsü kimi davranır.

Jurnalist bu yanaşmanı Tramp administrasiyasının xaotik, siyasiləşdirilmiş və sui-qəsd nəzəriyyələri ilə zəngin xarici siyasətinin parlaq metaforası adlandırır. O, xəbərdarlıq edir ki, bu vəziyyət ABŞ-nin beynəlxalq münasibətlərinə zərər verə, Qlobal Cənub ölkələrinin diqqətini Çinə yönəldə bilər.

Yeni üslubun bariz nümunəsi Tramp və Ramafosa arasında keçirilmiş son görüş olub. ABŞ prezidenti görüş zamanı Cənubi Afrikada ağdərili fermerlərin vəziyyəti ilə bağlı daxili siyasi məsələyə toxunaraq, onların torpaqlarının müsadirəsi məqsədilə təhdid və zorakılıqlara məruz qaldığını iddia edən videolar və sənədlər təqdim edib.

KİV: "Tramp Ağ Evi dünya liderləri üçün "Aclıq oyunları"na çevirib"

Hadisə diplomatik dairələrdə birmənalı qarşılanmayıb. Dövlət Departamentinin sözçüsü Temmi Brüs Ramafosaya "pusqu" qurulduğu barədə ittihamları rədd etsə də, müşahidəçilər bu addımı diplomatik etiketin pozulması kimi qiymətləndiriblər.

Qeyd edək ki, ağ fermerlərin durumu Cənubi Afrikada aparteid dövrünün mirası və torpaq islahatları ilə bağlı həssas məsələdir. CAR-ın xarici işlər naziri Ronald Lamola bəyan edib ki, ölkədə irqi zəmində təqiblərə yol verilmir.

Bununla belə, mayın 12-də 49 ağdərili fermer və ailə üzvü ABŞ-yə qaçqın statusu ilə köçürülüb. Bu hadisə iki ölkə arasında münasibətlərdə əlavə gərginlik yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri