KİV: Ukrayna hazırkı cəbhə xətti boyunca atəşkəsə hazırdır, amma bir şərti var
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna müharibəyə son qoyulacağı halda hazırkı cəbhə xəttində atəşkəs rejimini nəzərdən keçirməyə hazırdır. Amma bu, yalnız işğal edilmiş ərazilər üzərində Rusiyanın nəzarətinin beynəlxalq səviyyədə tanınmasına icazə verilməyəcəyi təqdirdə mümkündür.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
“Bu onunla bağlıdır ki, Ukrayna Konstitusiyası prezident və ya parlamentə ölkənin ərazi tərkibini birtərəfli qaydada dəyişməyə və ya ərazi bütövlüyünün pozulmasına göz yummağa icazə vermir”, - Britaniya nəşri yazıb.
Həmçinin “The Telegraph” əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski işğal olunmuş ərazilərin hərbi yolla azad edilməsinin artıq mümkün olmadığını etiraf edib. Prezident hesab edir ki, diplomatik yollar axtarmaq lazımdır.
“Gallup”un son araşdırmasına görə, ukraynalıların yalnız dörddə biri Rusiya ilə sona qədər mübarizə aparmaq istəyir.
“Bu, qələbəyə inamın kəskin şəkildə aşağı düşdüyünü göstərir”, - məqalədə qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 08 Avqust 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















