KİV: Ukraynalı futbolçular azərbaycanlılardan qisas ala bilər
Icma.az bildirir, sport24.az portalına istinadən.
Ukraynalı futbolçu Georgi Sudakov "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda "Benfika"da debüt edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Record.pt" nəşri məlumat yayıb.
Lissabon təmsilçisinin baş məşqçisi Brunu Laje "Santa Klara" ilə heç-heçə etdikləri (1:1) çempionat matçında bəzi oyunçulardan narazı qalıb. Mütəxəssis bu səbəbdən Sudakovu ilk "11-lik"də meydana buraxmağa hazırdır.
Ukraynanın "Football24" isə nəşri qapıçı Anatoli Trubinin də start heyətində olacağını vurğulayıb: "Trubin və Sudakov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna millisinin Bakıda keçirilən uğursuz heç-heçəsindən (1:1) sonra azərbaycanlılardan qisas ala bilər".
Qeyd edək ki, bu gün Lissabondakı "Eştadiu da Luş" stadionunda təşkil edəcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















