KİV: Yaponiya Ukraynanın hücum dronlarını almağı nəzərdən keçirir
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Yaponiya Özünümüdafiə Qüvvələri üçün Ukrayna istehsalı olan hücum dronları almağı düşünür.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "RBK-Ukraina" Yaponiya mətbuatına istinadən məlumat yayıb.
Məlumata görə, Tokionun marağı Ukrayna PUA-larının real döyüş vəziyyətlərində effektiv istifadəsindən qaynaqlanır.
Yaponiya hökuməti bu dronların ölkənin müdafiə arsenalına daxil edilməsi imkanlarını araşdırır. Qeyd olunur ki, Ukrayna döyüş meydanında qazandığı təcrübə sayəsində pilotsuz texnologiyaların inkişafında əhəmiyyətli irəliləyiş əldə edib.
Yekun qərar Ukrayna dronlarını digər ölkələrin oxşar dronları ilə müqayisə etdikdən sonra veriləcək. Tokio xüsusən İsrailin istehsalı olan dronları da nəzərdən keçirir, lakin Qəzza zolağı ətrafındakı siyasi vəziyyəti nəzərə alaraq Yaponiya hakimiyyəti Ukrayna variantına meyllidir.
Yaponiyanın Müdafiə Nazirliyi həmçinin Ukrayna dronlarının radioelektron mübarizə sistemlərinə qarşı yüksək müqavimətini və onların əhəmiyyətli uçuş məsafəsini qeyd edib. Birbaşa alışlara əlavə olaraq, Tokio sonrakı yerli dron istehsalı üçün texnologiya əldə etməyi nəzərdən keçirir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 14 Mart 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















