KİV: Zelenski ərazilərin proporsional mübadiləsini istisna etməyib
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı ərazilərin mübadiləsinin mümkünlüyünü istisna etməyib, lakin Ukrayna konstitusiyasının buna maneə yaratdığı vurğulayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Avropa rəsmilərinə istinadən məlumat yayıb.
V.Zelenski əhalinin köçürülməsi zərurəti və qanuni məhdudiyyətlər səbəbindən belə planların həyata keçirilməsinin çətinliyini vurğulayıb.
"Volodimir Zelenski proporsional mübadilələri nəzərdən keçirə biləcəyini söyləyib", - nəşr qeyd edib.
V.Zelenski, həmçinin bildirib ki, ərazi məsələsini yalnız Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşdə müzakirə edə bilər.

Zelenski Rusiya ilə ərazi mübadiləsini istisna etməyib
11 Fevral 2025 19:41
Zelenski ərazilərin itirilməsindən danışıb
11 Dekabr 2024 22:11
Zelenski ərazilərin itirilməsindən danışıb...
11 Dekabr 2024 18:27
FT: Zelenski ərazilərin itirilməsi ilə üstüörtülü razılaşır
12 Avqust 2025 14:53
Tramp Zelenski ilə Romada görüşəcəyini istisna etməyib
25 Aprel 2025 23:40

