Kivu ÇL lə vidalaşmaqları haqda
Icma.az bildirir, Qol.az portalına istinadən.
"İnter"in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Bodo-Qlimt"ə uduzmaqları (1:2) haqda danışıb.
QOL.az xəbər verir ki, bu komandalar arasında ilk matçda da "Bodo-Qlimt" qələbə qazanmışdı. Nəticədə Norveç təmsilçisi iki oyunun cəmində İtaliya klubunu 5:2 hesabı ilə üstələyərək sensasiya edib və adını 1/8 finala yazdırıb. "İnter" isə yarışda mübarizəni dayandırıb.
Kivu görüşdən sonra açıqlamasında deyib:
"Yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Daha çox qol vura bilmədik və bu, onlar üçün zehni cəhətdən rahatlıq yaratdı. Tənqid edəcək bir şeyim yoxdur. Futbolçularım əllərindən gələni etdilər. Məyusuq, çünki mərhələ keçmək istəyirdik. Rəqiblərimizi yalnız təbrik edə bilərik. Həm nəticənin özü, həm də turnirdən kənarlaşdırılmağımız məyusedicidir. Bəlkə də, ilk qolu biz vursaydıq, onları məğlub edə bilərdik. "Bodo-Qlimt" etibarlı şəkildə müdafiə olundu və oyuna nəzarət etdi. İkinci hissədə enerjimiz çatmadı və 2 dəfə qol buraxdıq".
Baxış sayı:67
Bu xəbər 25 Fevral 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















