Kiyev Kardiologiya İnstitutu dronla vuruldu AZƏRTAC ın HADİSƏ YERİNDƏN REPORTAJI
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kiyev, 28 sentyabr, AZƏRTAC
Rusiya ordusunun sentyabrın 28-ə keçən gecə Kiyevə kütləvi hava hücumu zamanı Ukrayna Milli Elmlər Akademiyasının Kardiologiya İnstitutu da dağılıb.
AZƏRTAC-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dron zərbəsi nəticəsində xəstəxananın 4-cü mərtəbəsi yararsız hala düşüb.
Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tlaçenko AZƏRTAC-a açıqlamasında bildirib ki, hava hücumu zamanı Kiyev şəhərinin 7 rayonunun 20 lokasiyasına ziyan dəyib.
"Təəssüf ki, 4 nəfər həlak olub. Hava hücumu kütləvi və çoxkombinasiyalı olub. Dronlar və raketlərdən istifadə edilib. Dayandığımız Kardiologiya İnstitutunda isə 2 nəfər həyatını itirib. Biri pasiyent, biri isə tibb işçisi olub. Hazırda araşdırırıq ki, hava həyəcanı zamanı onlar nə üçün sığınacaqda olmayıblar”, - deyə Tlaçenko əlavə edib.
Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, bu gecə ölkə ərazisinə ümumilikdə 600-ə yaxın dron, 48 müxtəlif tipli raket atılıb. Əsas hədəf Kiyev şəhəri olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 28 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















