Icma.az
close
up
RU
Kiyev meri sakinlərə səsləndi “Paytaxtı tərk edin”

Kiyev meri sakinlərə səsləndi “Paytaxtı tərk edin”

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Ukraynanın paytaxtı Kiyevdə kritik infrastrukturun ciddi zərər görməsi fonunda şəhər meri Vitaliy Kliçko sakinlərə mümkün olduğu halda şəhəri müvəqqəti tərk etməyi tövsiyə edib.
Bakupost.az xəbər verir ki, bu barədə Kliçko özünün “Telegram” səhifəsində məlumat yayıb.
Paytaxt merinin açıqlamasına görə, gecə saatlarında Rusiya ordusunun həyata keçirdiyi kütləvi hava hücumları nəticəsində Kiyevin infrastrukturuna ciddi ziyan dəyib. Şəhərin yarısı – təxminən 6 000 çoxmərtəbəli yaşayış binası hazırda istiqrazsız qalıb və su təchizatında kəsintilər davam edir.
Mer bildirib ki, kommunal xidmətlər təcili rejimdə fəaliyyət göstərir, sosial obyektlərin — xüsusilə xəstəxanalar və doğum evləri — istiliklə təminatı üçün mobil qazanxanalarla təchiz olunur. Elektrik və istilik xidmətlərinin bərpası üçün işlər davam etdirilir.
“Bu gecə Kiyevə qarşı yönəldilən hücum şəhərin kritik infrastrukturuna qarşı indiyə qədər ən ciddi zərbə idi”, — Kliçko qeyd edib və hava şəraitinin qəfil soyumasının əlavə çətinliklər yaratdığını vurğulayıb.
“Mümkün olduqda, alternativ enerji və istilik mənbələri olan yerlərə müvəqqəti köç etməyi düşünün”, – deyə Kliçko xəbərdarlıqda bildirib.
Bu çağırış tam evakuasiya tələbi deyil – mer onu müvəqqəti köç və şəraitdən asılı çölə çıxma kimi qiymətləndirib. O, Kiyеv sakinlərinin təhlükəsizlik və rifahı üçün müxtəlif ssenarilərə hazır olmalarının vacibliyini vurğulayıb.
Hazırkı şəraitdə şəhərdə enerji və su problemləri ilə yanaşı soyuq qış havası sakinə ciddi çətinlik yaradır və səlahiyyətlilər vəziyyəti “təcili humanitar çətinlik” kimi qiymətləndiriblər.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri