Kiyev Moskvanın İstanbul danışıqlarını davam etdirmək təklifinə CAVAB VERDİ
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın İstanbul danışıqlarını davam etdirmək təklifinə cavab verib.
Bizim.Media xəbər verir ki, XİN sözçüsü Georgi Tixiy xatırladıb ki, Ukrayna nümayəndə heyəti dəfələrlə Rusiya nümayəndə heyəti ilə birbaşa danışıqlar aparmaq üçün İstanbula səfər edib, lakin görüşlərdə iştirak edən ruslar heç bir qərar qəbul etmək səlahiyyətinə malik olmayıb.
“Təəssüf ki, biz orada aşağı səviyyəli insanlardan ibarət bir qrup gördük, onlar eyni köhnə ultimatumları irəli sürür və qərar qəbul etmək səlahiyyətinə malik deyillər. Səbəb sadədir: Putin sülh istəmir, o, müharibəni davam etdirmək yolları axtarır. Rəisinizə deyin ki, müharibəni dayandırsın. O, buna hazır olanda, biz liderlərin görüşünü keçirib atəşkəs barədə razılığa gələ bilərik,” — deyə Georgi Tixiy bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 31 Oktyabr 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















