Kiyev qaranlığa qərq oldu
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Ukraynanın paytaxtı Kiyevin sol sahilində kütləvi elektrik kəsintiləri baş verib və şəhərin geniş bir hissəsi qaranlığa qərq olub.
"Ukrinform” agentliyi məlumat yayıb.
Kəsintilərdən əvvəl Kiyev metrosunun hərəkəti də dayandırılıb. Məlumata görə, elektrik enerjisinin kəsilməsinə Şevçenkivski rayonunda yerləşən "Nyvki” yarımstansiyasına həyata keçirilən dron zərbəsi səbəb olub.
Kiyev meri Vitali Kliçko baş verən fəsadları təsdiqləyərək, əraziyə təcili yardım və qəza-xilasetmə xidmətlərinin cəlb olunduğunu bildirib.
Yerli medianın verdiyi əlavə məlumata görə, yaranan elektrik kəsintisi səbəbindən Kiyev funikulyorunun da fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
///globalinfo///
Baxış sayı:109
Bu xəbər 23 Oktyabr 2026 05:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















