Kiyev Trampdan sülh təklifləri ilə bağlı siqnallar alıb
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın ordu naziri Den Driskolun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Kiyevə gəlib.
AzPost bildirir ki, bu barədə Reuters agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Yüksək vəzifəli Ukrayna rəsmisi agentliyə bildirib ki, Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün keçirilən görüşdən sonra Kiyev müharibəni bitirmək üçün ABŞ təklifləri paketi ilə bağlı “siqnallar” alıb.
Əvvəllər Vaşinqton və Moskva Kiyevin iştirakı olmadan gizli şəkildə müharibəni bitirmək üçün “yol xəritəsi”ni müzakirə ediblər.
Lakin görüşdə dəqiq nəyin müzakirə ediləcəyi dəqiqləşdirilməyib. ABŞ-ın Kiyevdəki səfirliyi ABŞ nümayəndə heyətinin Kiyevdə “fakt araşdırma missiyası” ilə olduğunu bildirib.
Bu gün səhər saatlarında “Politico” Ağ Ev sözçüsünə istinadən Ukrayna ilə bağlı çərçivə sazişinin “bütün tərəflər” tərəfindən bu həftənin əvvəlində razılaşdırıla biləcəyini bildirib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 19 Noyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















