Kiyev və Avropa Ukrayna ilə bağlı danışıqlara müəyyən mərhələdə qoşulacaq
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
“ABŞ və Rusiya Ukrayna münaqişəsinin həlli üçün hələ də rəsmi danışıqlara başlamayıb”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “CBS” telekanalında bildirib.
Onun sözlərinə görə, Kiyev və Avropa sonradan bu prosesə cəlb oluna bilər:
“Əvvəla, məncə, başa düşmək lazımdır ki, hazırda heç bir proses yoxdur. Hazırda əlimizdə olan Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında bu münaqişəyə son qoymaqda maraqlı olduqlarını bildirən söhbətdir. ABŞ və Rusiya arasında danışıqlar başlayandan sonra müəyyən mərhələdə Kiyev və Avropadan nümayəndələr cəlb olunacaq.
Nəhayət, elə bir məqam gələcək ki, siz real danışıqları görəcəksiniz və biz hələ oraya çatmamışıq. Amma bu baş verərsə, Ukrayna danışıqlar prosesində iştirak etməlidir. Avropalılar da buna cəlb edilməlidir, çünki onların da Putinə və Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Sadəcə, hələ ora çatmamışıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Fevral 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















