Icma.az
close
up
RU
Kiyev və Vaşinqtondan vacib mesajlar Sülh masası qurulur?

Kiyev və Vaşinqtondan vacib mesajlar Sülh masası qurulur?

Ayna saytına istinadən Icma.az xəbər verir.

Rəşad Bayramov: “Ukrayna rəhbərliyi Tramp tərəfindən edilən çağırışlara müsbət cavab verilməsindən başqa yolun olmadığını anladı”

Ağ Evdə, Oval kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti J.D.Vens arasında yaşanan qalmaqaldan sonra yaranan gərginlik aradan qalxmaq üzrədir. Belə ki, Oval kabinetdə baş verən qalmaqala münasibət bildirən Zelenski təəssüfləndiyini deyib və münaqişənin həlli üçün ABŞ Prezidenti ilə işləməyə hazır olduğunu bəyan edib. Zelenski bildirib ki, Ağ Evdə keçirilən danışıqlar gözlənildiyi kimi keçməyib və buna görə təəssüflənir.

“Cümə günü Ağ Evdəki görüşümüz lazım olduğu kimi getmədi. Bunun baş verdiyinə görə üzr istəyirəm. Hər şeyi yoluna qoymağın vaxtıdır”, - Ukrayna lideri bəyan edib.

Prezident həmçinin gələcəkdə ABŞ ilə konstruktiv əməkdaşlığa ümid etdiyini söyləyib və “Prezident Trampın güclü rəhbərliyi altında işləməyə” hazır olduğunu bəyan edib. Bundan əlavə, Zelenski ABŞ-a Ukraynaya göstərdiyi köməyə, o cümlədən “Javelin” tank əleyhinə raket komplekslərinin tədarükünə görə təşəkkür edib. Siyasətçinin sözlərinə görə, “onlar döyüş meydanında vəziyyəti dəyişiblər”.

Ukrayna lideri münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara hazır olduğunu deyib. Onun sözlərinə görə, bunu ən çox ukraynalılar istəyir: “Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Heç kim ukraynalılardan çox sülh istəmir”.

Zelenski ilk addım olaraq əsirləri azad etməyi, havada və dənizdə atəşkəs elan etməyi təklif edib: "Sonra biz bütün sonrakı addımları çox sürətlə keçmək və güclü yekun razılaşma əldə etmək üçün ABŞ ilə işləmək istəyirik". Sonda Ukrayna lideri Vaşinqtonla nadir torpaq metalları üzrə saziş imzalamağa hazır olduğunu bildirib: "Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır". Onun sözlərinə görə, Kiyev bu sənədi “daha ​​böyük təhlükəsizlik və etibarlı təhlükəsizlik təminatlarına doğru bir addım” kimi qiymətləndirib.

Zelenskinin mütaciətinə Trampdan cavab gecikməyib. ABŞ lideri Konqresdə çıxışı zamanı Ukrayna liderindən məktub aldığını vurğulayıb: “Bu gün Zelenskidən çox vacib məktub aldım. Zelenski danışıqlar masasına oturmağa hazırdır. Biz Rusiyadan da onların sülhə hazır olduqlarına dair güclü siqnallar alırıq. Bu, gözəl deyilmi?".

Tramp həmçinin bildirib ki, Ukrayna nadir torpaq mineralları üzrə saziş imzalamağa hazırdır, lakin bu məlumatı heç bir şəkildə təsdiqləməz. “Avropa Rusiyadan alınan neft və qaza təhlükəsizlikdən daha çox pul xərcləyib”, deyən Tramp son üç ildə ABŞ və Avropa arasında Ukraynaya xərclənən vəsaitlərin bərabərsizliyinə diqqət çəkib.

Analitiklər qarşılıqlı mesajların yaxın vaxtlarda atəşkəsə nail olunacağının göstəricisi olduğu qənaətindədirlər. Ukrayna münaqişəsi ilə bağlı diplomatik gedişlərin nə ilə nəticələnəcəyi suallar doğurur. Siyasi şərhçi Rəşad Bayramov deyib ki, əslində gözlənilənlər baş verir:

- Oval kabinetdəki insidentdən sonra proseslərin təxminən indiki trayektoriya ilə inkişaf edəcəyi proqnozlaşdırılırdı. Çünki ABŞ-ın Ukraynaya yardımları dayandırması fonunda Avropanın Ukraynanın təhlükəsizliyini təkbaşına təmin edəcəyi gözlənilmirdi. Çünki Avropanın bu imkanları yoxdur, ya da ki, məhduddur. Üstəlik, Avropa İttifaqı Ukraynaya görə Amerika ilə münasibətlərinin korlanmasında maraqlı deyil. Xatırladım ki, Zelenski ABŞ-dan Böyük Britaniyaya səfər etdi və Britaniya kralı ilə, Baş naziri ilə görüşlər keçirdi. Həm kral, həm də Baş nazir məsləhət gördülər ki, Ukrayna lideri tez zamanda ABŞ rəhbərliyi ilə münasibətlərini yaxşılaşdırsın. Eyni zamanda, Londonda Avropa ölkələri liderlərinin sammitində də Zelenskiyə eyni tövsiyələr verildi: Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq. Bunun ardınca Ukrayna Ali Radasının Trampa, Konqresə və Amerika xalqına müraciəti oldu. Bu müraciətlərdə Kiyev Vaşinqtondan yardım istədi. Ən sonda isə Zelenski Trampa məktub ünvanladı. Bütün bunlar onu deməyə əsas verir ki, Ukrayna rəhbərliyi Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasından, Tramp tərəfindən edilən çağırışlara müsbət cavab verilməsindən başqa yolun olmadığını anladı. Bu mənada, Zelenskinin müraciətini təbii qarşılamaq lazımdır.

- Zelenski müraciətində Trampın rəhbərliyi ilə sülh danışıqlarında iştiraka hazır olduğunu bildirdi. Bununla Kiyev imtina etdiyi masaya otururmu?

- Bilirsiniz, söhbət ondan gedir ki, Rusiyanı kənara qoyub hansısa danışıqlar aparmağın mənası yoxdur. Mütləq münaqişə tərəflərinin hər ikisinin danışıqlar prosesində iştirakı vacibdir. Amme belə sual ortaya çıxır: niyə indiyədək aparılan danışıqlarda Kiyev masada deyildi?! Məsələn, Amerika nümayəndələri ilə Rusiya nümayəndələrinin iki görüşü keçirildi, heç birində Ukrayna nümayəndəsi yox idi. Oval kabinetdə baş verənlərdən sonra aydın oldu ki, tərəflər masaya bərabər əyləşdirilməlidir. Tərəflərdən biri masada olmasa, hansısa nəticənin əldə edilməsi mümkün olmayacaq. Hesab edirəm ki, indi tərəflərlə bərabərhüquqlu danışıqlar başlayacaq.

Təbii ki, Tramp üçün bu gün bir nömrəli məsələ Ukraynanın təbii ehtiyyatlarına ABŞ-ın çıxış imkanının əldə edilməsindən ibarətdir. Əslində Avropa üçün də bu gün bir nömrəli məsələ məhz budur. Biz bilirik ki, Avropa İttifaqı da   Kiyevlə oxşar saziş imzalamaq istəyir. Demək istəyirəm ki, indi atəşkəs və bütün tərəflərin iştirakı ilə danışıqların başlaması vacibdir. Yəqin ki, yaxın vaxtlarda biz Vaşinqton-Kiyev görüşünün yenidən təşkili olacaq və saziş imzalanacaq. Ondan sonra tərəflərin sülh danışıqları başlayacaq.

- Yəni Zelenskinin yenidən Vaşinqtona gedəcəyi realdır?

- Bu görüş Trampla Zelenski arasında olmaya da bilər. Məsələn, iki ölkənin iqtisadiyyat nazirləri arasında görüş ola və müvafiq saziş imzalana bilər. Vacib deyil ki, Zelenski Vaşinqtona getsin, Trampla minerallarla bağlı saziş imzalasın. Ukrayna rəhbərliyindəki başqa hansısa bir şəxslə ABŞ hakimiyyətini təmsil edən hansısa rəsmi də bu sənədi imzalaya bilərlər.

Hesab edirəm ki, Ukrayna rəhbərliyi həm Qərbin etibarlı tərəfdaş olmadığını anladı, həm də başa düşdü ki, ölkənin taleyi ilə bağlı kimlərəsə bel bağlayıb addım atmaq olmaz. Təbii ki, bu, Ukrayna üçün dərs oldu. Məncə, bundan sonrakı mərhələdə danışıqlar prosesinin intensivləşməsinə şahidlik edəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Mart 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri